az

“Mətanət A” şirkəti Qurban Bayramında uşaqları sevindirdi.

2018-08-21

(©) İslamın iki əsas bayramından biri olan Qurban Byramının fəlsəfəsində verilən vədə sadiqlik, dürüstlüyün mükafatı, insana verilən dəyər, sosial statusundan asılı olmayaraq bir gün də olsun hər kəsin bərabərliyi durur.

 

Bayramın tələblərinin  icrası isə hər il yüzlərlə, minlərlə insana yaşadılan sevinc, bu sevincin qarşılığında qazanılan savab deməkdir. Bu savabdan bu bayramda “Mətanət A” şirkətinə də pay düşüb.  Hər zaman korporativ sosial məsuliyyət layihələrinə böyük önəm verən “Mətanət A” şirkəti Abşeron Rayon Qızıl Aypara Cəmiyyəti ilə birgə  imkansız ailələr və Qarabağ köçkünü olan ailələrin uşaqlarına yardım edib. Yardım paketinə məktəb ləvazimatları və qurban payı daxildir.

 

Hədiyyələr yeni dərs ilinin başlanmasını gözləyən məktəblilər üçün sürpriz olub. Ənənəsinə sadiq qalan “Mətanət A” şirkəti bundan  sonra da bu cür xeyriyyə aksiyyalarını davam etdirmək niyyətindədir.

 

Bayramınız mübarək!