az

“Mətanət A” şirkəti Müəllimlər Günü münasibəti ilə növbəti sosial layihəsini həyata keçirib

2018-10-05

(®) “Mətanət A” şirkəti evlərindən uzaqda, ucqar bölgələrimizdə dərs deyən fədakar müəllimlərin həvəsləndirilməsi məqsədi ilə növbəti  sosial layihəsinə imza atıb.

 

Belə ki,  Biləsuvar sakini, fizika müəlliməsi Atyac İbrahimova hər gün kilometrlərlə məsafəni qət edərək öz ali peşəsini layiqincə yerinə yetirir.

 

“Mətanət A” şirkəti Müəllimlər Günü münasibəti ilə fədakar müəlliməmizə istehsal etdiyi tikinti materiallarından istifadə etməklə müəllimənin sinif otağını təmir edərək ona hədiyyə etmişdir.

 

Aytac İbrahimovanın sözlərinə görə, şagirdlərinə yeni təmir olunan sinif otağında dərs keçmək indi daha  rahat və stimul vericidir. Aytac müəllimə tədris etdiyi fənn otağının təmirini Müəllimlər Günündə aldığı ən dəyərli hədiyyə hesab etdiyini vurğulayıb. Eyni zamanda Məktəbin direktoru Ərəstun Vəliyev də fizika otağının təmirinə görə “Mətanət A” şirkətinə minnətdarlığını bildirərək, müəllimlər günündə bundan gözəl hədiyyə  olmadığını diqqətə çatdırıb.

 

“Mətanət A” şirkəti sosial layihə çərçivəsində bu kimi nümunəvi layihələrin həyata keçirilməsində öz töhfəsini verməyə davam edəcək.

 

Şirkət bütün müəllimələri “Müəllimlər Günü” münasibəti ilə təbrik edir, yeni nailiyyətlər və uğurlar  arzulayır.