Qərb bölgəsinin ustaları diqqət mərkəzində

2014-08-20

15 ildir fəaliyyət göstərən “Mətanət A” şirkəti məhsullarının birbaşa istifadəçisi olan ustaları daim diqqət mərkəzində saxlayır. 2000-dən artıq ustanı bir araya toplayan “Ustalar və Memarlar Klubu” tədbir və seminarlar silsiləsini davam etdirir. Belə ki, avqust ayının 20-si Qərb bölgəsinin ustaları ilə Gəncə şəhərində görüş keçirilib. Tədbirdə Gəncə, Qazax, Ağstafa, Samux, Gədəbəy, Goranboy, Tovuz, Şəmkir, Göygöl və Daşkəsəndən olan ustalar iştirak edib. Əvvəlcə şirkətin istehsal etdiyi ən yeni məhsullar barədə gələn qonaqlara laboratoriya müdirləri və texnoloqlar tərəfindən ümumi məlumat verilib. Bu məlumatların içində “Mətanət A” şirkətinin istehsal etdiyi, ustaların uzun illərdən bəri istifadə etdikləri Mətanət A, AĞDAĞ, İzolatexe və s. məhsullarla yanaşı yeni brendlər olan ROKOL, QRANİYAP, PARAKONTAKT, FASMAZAİK, FASNATURAL və s. kimi məhsullar da olub.

Bundan sonra ustalar iş prosesində qarşılaşdıqları çətinliklər, onlardan çıxış yolları barədə şirkət mütəxəssislərinə suallar ünvanlayıblar. Bir-birləri ilə təcrübə mübadiləsi aparan ustalar öz bilik və bacarıqlarını daha da təkminləşdiriblər. Tədbir zamanı ustalar müasir tikinti texnologiyaları və avadanlıqları, yeni innovativ məhsullar və onların tətbiqi qaydaları haqqında ətraflı məlumat əldə ediblər.

Daha sonra tədbir “Mətanət A” Şirkətinin təşkil etdiyi ziyafətlə davam edib. Ziyafətin sonunda ustalara dəyərli hədiyyələr təqdim olunub.

Azərbaycanda ilk dəfə “Mətanət A” Şirkəti tərəfindən yerli peşəkar ustaları vahid bir məkanda toplamaq məqsədilə yaradılmış “Ustalar və Memarlar Klubu”-nun əsas məqsədi ustaların bilik və bacarıqlarını artırmaq üçün onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır.