ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

PRESS RELİZLƏR
2017-ci il
 26.02.2017“Mətanət A” şirkəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşdə iştirak edib.


Xocalı soqırımının 25-ci ildönümü ilə əlaqədar     fevralın 26-da Azərbaycan Respublikasının paytaxtı   Bakı şəhərində ümumxalq yürüşü keçirilib.

On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü Azadlıq meydanından başlayaraq  Xətai rayonunda yerləşən “Ana Fəryadı” abidəsi istiqamətində davam edib. “Mətanət A” şirkətinin kollektivi yürüşdə   iştirak edib, faciə qurbanlarının xatirəsinə ucaldılmış   heykəlin qarşısına gül dəstələri qoymuşlar.

Qeyd etmək zəruridir ki, “Mətanət A” şirkəti davamlı olaraq Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı haqda məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstək göstərir.

Allah şəhidlərimizə rəhmət eləsin!


PRESS RELİZLƏR