ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"EPOKS" 300 EPOKSİD ƏSASLI TƏMİR QARIŞIĞI

(Komponent A+Komponent B)

Məhsul haqqında

İkikomponentli olub, ankerləmə, montaj, birləşdirmə və yapışdırma məhsuludur.

Uyğunluq kodu: 04.613/8-e.

İstifadə sahələri

Bu məhluldan:

  • hər növ ankerləmə komponentlərinin yerləşdirilməsində;
  • betonda yaranan çatlamaların təmirində və izolyasiyasında;
  • çatların sementləşdirilməsində;
  • çatların izolyasiya edilməsində;
  • müxtəlif quruluşlu metal və betonların birləşdirilməsində;
  • metal və polad detalların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • tərkibində həlledici yoxdur;
  • istifadəsi və tətbiqi çox asandır;
  • mexaniki davamlılığı yüksəkdir;
  • su keçirmir;
  • betona və polad səthə yüksək keyfiyyətlə yapışır.

İstifadə qaydaları

Səthin hazırlanması. Sement əsaslı səthlər (beton, şap, suvaq) və ya təbəqələr hər növ çirkdən təmizlənməlidir. Metal səthlər isə pasdan və çirkdən tamamilə təmizlənmiş vəziyyətdə olmalıdır.

Qarışığın hazırlanması. EPOKS 300 yapışdırma məhlulu ikikomponentli olub, müvafiq miqdarlarda qablaşdırılmışdır. İstifadə zamanı hər iki komponent eynicinsli tərkib əmələ gələnə qədər, 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırılmalıdır. Qarışdırma zamanı məhlulun +150C÷+250C temperaturda olması təmin edilməlidir.

Qarışdırılma nisbətiləri:

Kompanent A: epoksid əsaslı qatran 3,75 kq;

Kompanent B: epoksid əsaslı sərtləşdirici 1,25 kq.

Tətbiqi. EPOKS 300 məhsulunu səthə mala vasitəsilə çəkin. Armatur birləşmələrində açılan dəlikləri hava ilə yaxşı-yaxşı təmizləyin. Açılan dəliklər birləşdiriləcək komponentdən 6 mm geniş olmalıdır. Məhsul tapança ilə rahat şəkildə tətbiq oluna bilər.

Tövsiyələr. EPOKS 300 məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C ÷+200C–dir. Hazır məhlul qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri:

Rəngi

boz

Tərkibi:

  • A komponenti
  • B komponenti

epoksid əsaslı qatran (yapışdırıcı)
epoksid əsaslı sərtləşdirici

Əyilmə müqaviməti:

  • 1 gündən sonra
  • 7 gündən sonra

17 N/mm2
25 N/mm2

Qarışığın sıxlığı

1,7 kq/litr

Qopma müqaviməti:

  • Beton üzərində
  • Polad üzərində

3,0 N/mm2
3,5 N/mm2

Tam müqavimət alma müddəti

7 gün

Qarışdırılmış məhsulun istifadə müddəti:

  • +200C temperaturda

40 dəqiqə

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

2 mm
30 mm

Təzyiqə qarşı müqaviməti:

  • 1 gündən sonra
  • 7 gündən sonra

30 N/mm2
75 N/mm2

Qablaşdırma:

  • A kompanenti
  • B kompanenti

3,75 kq-lıq dəmir qablarda
1,25 kq-lıq dəmir qablarda

Sərfiyyat

Çatların forma və dərinliyində asılı olaraq təmir qarışığının sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donvurmadan qorumaq şərtilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • EPOKS 300 təmir qarışığının tətbiq olunduğu yerləri təmir işi bitənə kimi havalandırın;
  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhlulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməsinə diqqət edin, əks halda dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhlulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FİLKRET" 100 TƏMİR QARIŞIĞI

"FİLKRET" 200 TƏMİR MONTAJ QARIŞIĞI

"FİLKRET" 300 DİVAR BOYASININ ALT SƏTHİNİN BƏRPASI ÜÇÜN PLOMB QARIŞIĞI

"FİLKRET" 400 QURU BETON SƏTHLƏRİNİN BƏRPASI VƏ TƏMİRİ ÜÇÜN QARIŞIQ

"FİLKRET" 500 QURU BETON TƏMİRİ ÜÇÜN QARIŞIQ

"MATON" 100 STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 200 STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 300 SƏTHİN HAMARLANDIRILMASI VƏ TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 400 QISA MÜDDƏTDƏ BƏRKİYƏN YÜKSƏK MÜQAVİMƏTLİ TƏMİR QARIŞIĞI

"MATON" 500 QISA MÜDDƏTDƏ BƏRKİYƏN YÜKSƏK MÜQAVİMƏTLİ TƏMİR QARIŞIĞI