ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ARALIQ DOLDURMA QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FugaFas" 100 FLEX ARALIQ DOLDURMA QARIŞIĞI (1-6 mm)

Xarici məkanlar üçün

Məhsul haqqında

Sement əsaslı, materialın keyfiyyətini, istifadə imkanlarını və çatlamaya qarşı müqavimətini artıran, sukeçirməzliyi, rəngin solmamasını və səthin hamarlığını təmin edən qatqılarla zəngin aralıq doldurma qarışığıdır. Sifarişlə istənilən rəngdə istehsal olunur.

AZS 321-2008 (TSEN 13888) standartına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili və xarici məkanlarda;
  • qranit, müxtəlif ölçülü keramika, kotto, əhəngdaşı, şüşə mozaika kimi üzlük materialların 1-6 mm məsafəli aralıqlarının doldurulmasında;
  • ani temperatur dəyişiklilklərinin olduğu yerlərdə, piyada və maşınların sıx hərəkət etdiyi sahələrin döşəmələrində istifadə olunan üzlük materialların aralıqlarının doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • ani temperatur dəyişikliyi (istidən soyuğa - soyuqdan istiyə) olan məkanlarda, yüksək sukeçirməzlik xüsusiyyətinə malik, çox möhkəm, çatlamayan, rəng ləkəsi buraxmayan, hamar və parlaq səth yaradan, şaxtayadavamlı aralıq doldurma qarışığıdır;
  • rahat hazırlanır və tətbiq olunur;
  • +150 0C temperaturda 100 bar su təzyiqi ilə təmizlənməyə dözümlüdür.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və öliçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Qarışığın hazırlanması. 20 kq quru qarışığı 7,0-7,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Qarışdırılan zaman su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə etsəniz, bu, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin dəyişməsinə səbəb ola bilər.

Tətbiqi. Qarışığı səthə yayıb rezin mala ilə aralıqlara çarpaz hərəkətlərlə doldurun və artığını sıyırıb götürün. 20-30 dəqiqədən sonra nəm süngərlə səthi təmizləyin. Səth quruduqdan sonra quru bezlə təmizləyib parıldadın. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.

Tövsiyələr. FugaFas 100 aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

ağ və müxtəlif rənglərdə

İstifadə temperaturu

+50 C - +300 C

İstifadə müddəti

2 saat

Su/quru qarışıq

0,35-0,37 litr su/ 1kq quru qarışıq
1,75-1,85 litr su/ 5 kq quru qarışıq
7,0-7,4 litr su/ 20 kq quru qarışıq

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

4,5 N/mm2
16 N/mm2

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə

Sərfiyyat

Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilir.

Üzlük plitələrin

ölçüləri, sm

Aralığın dərinliyi - 8 mm

Aralığın eni

2 mm

q/m2

3 mm

q/m2

4 mm

q/m2

5 mm

q/m2

6 mm

q/m2

10×10

500

750

1000

1250

1500

10×20

400

600

800

1000

1200

15×15

350

550

700

900

1150

15×20

300

450

600

750

900

20×20

250

450

600

750

900

20×25

250

350

500

650

800

20×30

225

350

450

575

675

30×30

185

275

350

450

550

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • quru qarışiğın qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • quru qarışığa sudan başqa heç bir maddə qatmayın;
  • PVA qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FugaFil" ARALIQ DOLDURMA QARIŞIĞI (eni 1-6 mm)

"FugaFas" 200 FLEX ARALIQ DOLDURMA QARIŞIĞI (6-20 mm)

"MA Pool" ANTİBAKTERİAL ARALIQ DOLDURMA QARIŞIĞI (1-6 mm)

"EPOKS" 200 EPOKSİD ƏSASLI ARALIQ DOLDURMA QARIŞIĞI, boz

"EPOKS"200 White EPOKSİD ƏSASLI ARALIQ DOLDURMA QARIŞIĞI, ağ

"FugaBlesk" ZƏR EFFEKTLİ ARALIQ DOLDURMA QARIŞIĞI

"AĞDAĞ FugaPlaster" ARALIQ DOLDURMA QARIŞIĞI

"Fugaton" SƏTHİ SƏRTLƏŞDİRİLMİŞ BETON ARALIQLARI ÜÇÜN QARIŞIQ