ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FasNatural 200" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİN -AĞLAY DAŞININ YARADILMASI ÜÇÜN QURU QARIŞIQ

Qara suvaqla suvanmış səthə vurulmaq üçün

Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan fasadda üzlük plitələrinin yaradılması üçün istifadə olunan toz məhsuludur.

TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • qara suvaq ilə suvanmış səthlərin üzərinə vurulmaqla səthdə üzlük plitələrin yaradılmasında;
  • həmçinin daxili məkanlarda istifadə edilə bilər.

Üstünlükləri

  • aqlay daşını əvəz edir;
  • su hopmur;
  • şaxtada çatlamır;
  • daha ucuz başa gəlir;
  • məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;
  • bu məhsulla yerinə yetirilən işlər daha tez başa gəlir.

İstifadə qaydaları

Səthin hazırlanması.FasNatural 200 məhsulu əhəngdaşı (mişar daşı), penobeton (köpüklü beton) və digər növ daşlardan hörülmüş divarların fasadına tətbiq olunmamışdan öncə səthə qara suvaq çəkilməli və tələb olunan dizaynda aralıqlar açılmalıdır. FasNatural 200 tətbiq olunmazdan əvvəl səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməli və Binmader və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışdırılması. 25 kq-lıq FasNatural 200 məhsulu içərisində 6,0-6,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.

Tətbiqi. Hazırlanmış FasNatural 200 qarışığı mala vasitəsi ilə binanın fasadına qara suvaqla suvanmış səthə qara suvaq üzərində öncədən açılmış aralıqları doldurmamaq şərti ilə maksimum 0,5 sm qalınlığında çəkilir. Qara suvaqda açılmış aralıqlara bir gündən sonra mala ilə FasNatural 200 məhsulu doldurulur və dekorasiyaya uyğun dərinlikdə aralıqlar saxlamaq şərtilə xüsusi aləti doldurulmuş aralıqların üzərində hərəkət etdirməklə tələb olunan dekorasiyaya uyğun aralıqlar alınır. FasNatural 200 tam möhkəmlik aldıqdan sonra (təxminən 7 gündən sonra) səth cilalanır.

FasNatural 200 məhsulu səthə makina ilə də tətbiq oluna bilər.

Qeyd: Əgər binaların fasadları FasNatural 200 qarışığı ilə üzlənmişsə, ehtiyac yarandığı halda 20 ildən sonra səth yenidən 1mm qalınlığında cilalana bilər.

Tövsiyələr. FasNatural 200 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində)

İstifadə temperaturu

+50C - +300C

Su/quru qarışıq

6,0-6,5 litr su /25 kq quru qarışıq

İstifadə müddəti

80 dəqiqə

Örtüyün qalınlığı

3-5 mm

Sıxılmada möhkəmlik həddi:

  • havada quru halda, az olmamalı
  • su hopdurulmuş halda, az olmamalı


11,0 MPa
7,5 Mpa

Şaxtayadavamlılıq markası

F 25-dən az olmamalı

Qablaşdırma

3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə

Sərfiyyat

1 mm qalınlığa 1,3-1,5 kq/m2 FasNatural 200 quru qarışığı sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FasNatural 200 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Мətanət А" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Мətanət А" şirkəti məsuliyyət daşımır;
  • Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FasNatural 100" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİNIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 300" PADUQALARIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 400" QƏLİBLƏRDƏ TÖKMƏ ÜSULU İLƏ BƏZƏK MƏMULATLARININ HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"ŞPAK-F" İNCƏ ÜZLÜK MƏCUNU

"F-pas Dry" İNCƏ ÜZLÜK MƏCUNU

"FasMineral" DEKORATİV FASAD ÖRTÜYÜ