ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ HİDROİZOLYASİYA QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"İzoLatexe UV" HİDROİZOLYASİYA QARIŞIĞI(toz+maye), 4 bar

Məhsul haqqında

Sement əsaslı, akrilik emulsiya polimerli, yüksək elastikli, kimyəvi qatqılarla zəngin, ikikomponentli hidroizolyasiya qarışığıdır.

1-ci tərkib boz rəngli quru qarışıq, 2-ci tərkib isə akrilik əsaslı emulsiya polimeridir.

TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu hidroizolyasiya qarışığından:

  • daxili və xarici məkanlarda;
  • divarların xaricdən son qatı üzərində;
  • terraslarda;
  • balkonlarda;
  • tualet, hamam, mətbəx və s. kimi daim nəm olan yerlərdə;
  • üzmə hovuzlarında;
  • içməli və istifadəyə yararlı su hovuzlarında;
  • suyun axını istiqamətində, dəniz suyu kanallarında;
  • duzlu suya qarşı maneə yaradan istənilən sahələrdə;
  • beton səthlərin karbonatlaşdırma və xlora qarşı qorunmasında;
  • bitkilərin əkildiyi yerlərin su izolyasiyasında istifadə olunur.

Üstünlükləri

  • 1 mm qalınlığında İzoLatexe UV karbonatlaşdırmaya qarşı 80 mm-dən çox qalınlıqda olan betonla eyni dərəcədə qorumanı təmin edir;
  • su keçirmir və 4 bar su təzyiqinə qarşı dözümlüdür;
  • yapışma dərəcəsi yüksək səviyyədədir;
  • istifadəsi və çəkilməsi asandır;
  • istifadə müddəti uzundur;
  • rəngi ağdır və ultra bənövşəyi şüalara qarşı dözümlüdür;
  • su buxarını yaxşı keçirir;
  • donma və açılmaya qarşı dözümlüdür;
  • karbondioksid və xlor ionlarına qarşı çox dözümlüdür;
  • adi su izolyasiya məhsullarının çəkilməsinə 7-28 gün lazım olduğu halda, İzoLatexe UV betonun tökülməsindən 24 saat sonra istifadə oluna bilər;
  • içməli su anbarlarında istifadəyə yararlıdır.

İsitfadə qaydaları

Səthin hazırlanması. Su ilə təmasda olan sement əsaslı səthlərin sağlam, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır. Səthdəki xırda dəmir və taxta parçaları çıxarılmalı, əmələ gələn boşluqlar Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə olunacaq səth yaxşıca isladılmalı, yarım qurumuş hala gələnə qədər gözlənilməlidir. Əgər səth yaxşı isladılmazsa, istifadə müddətində səth məhsulun suyunu sürətlə özünə çəkər və donuq görünüş əldə edilər. Buna görə də yüksək temperaturda və küləkli havada ilk qata çəkilən məhsula komponent B-nin kütləsinin 10%-i qədər su əlavə edilməlidir.

Qarışığın hazırlanması. Maye tərkibli 8 kq-lıq B komponentini təmiz bir qarışdırma qabına boşaldın və üzərinə toz tərkibli 25 kq-lıq A komponentini yavaş-yavaş əlavə edin və 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə bircinsli məhlul əldə edilənə qədər qarışdırın. Təxminən 3-5 dəqiqə saxladıqdan sonra yenidən 30 saniyə bircinsli məhlul əldə edilənədək qarışdırın.

Tətbiqi. Hazırlanmış İzoLatexe UV qarışığını xüsusi fırça ilə səthə iki və ya üç qat çəkin. Fırçanın istifadə istiqaməti hər qatda bir-birinə perpendikulyar olmalıdır. Qatların çəkilməsi arasındakı müddət şəraitdən asılı olaraq dəyişə bilər.

Tövsiyələr. İstifadə olunacaq səthin temperaturu +50C-dən aşağıdırsa və ya +320C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Yağışlı, küləkli və həddindən artıq yüksək temperaturlu hava şəraitində istifadə olunmamalıdır. +230C-də istifadə olunan İzoLatexe UV hidroizolyasiya qarışığı 2 gündən sonra mexaniki dözümlülük əldə edir. 7 gündən sonra sukeçirməz vəziyyətə gəlir və son nəticəyə 14 gündən sonra çatır. Açıq havada istifadə olunduğu halda səth ilk 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır. Sement və akrilik əsaslı sistemlər istifadə və reaksiya müddətinə, mühitin və səthin temperaturuna, havadakı rütubət nisbətinə qarşı həssasdır. Temperatur aşağı olanda reaksiyanın sürəti azalır, bu da işin görülmə müddətini uzadır. Temperatur yüksək olanda, reaksiyanın sürəti artır və yuxarıda adları çəkilən digər müddətlər azalır. Məhsulun nəmi özündə saxlaması və maksimum effekt əldə edilməsi üçün temperaturun məsləhət görülən dərəcədən aşağı düşməməsinə diqqət yetirilməlidir. Bir qat yaş təbəqənin qalınlığı 2 mm-dən çox olmamalıdır. Üzərinin örtülməsində “Mətanət A” yapışdırıcılarından istifadə olunması məsləhət görülür. İstifadədən sonra alətlər və ləvazimatlar ilıq sabunlu su ilə təmizlənməlidir. İzoLatexe UV sərtləşdikdən sonra mexaniki olaraq səthdən təmizlənə bilər.

Texniki göstəricilər

Rəngi:

  • A tərkibi
  • B tərkibi

 

ağ quru qarışıq

ağ maye

İstifadə temperaturu

+50 C ÷ +320 C

Maye / quru qarışıq nisbəti

8 litr ağ maye / 25 kq quru qarışıq

Qarışığın həcm kütləsi

1,8 kq/litr

Qatlararası gözləmə müddəti

4-6 saat

İstifadə müddəti

2 saat

İstifadəyə verilmə müddəti:

2 həftədən sonra

Su təzyiqinə qarşı dözümlülüyü

4 bar

Qablaşdırma

  • toz

  • maye

 

2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə,

3,2 və 8 litrlik plastik bidonlarda

Sərfiyyat

Birinci qatın sərfiyyatı

1,50 kq/m2

İkinci qatın sərfiyyatı

1,50 kq/m2

Üçüncü qatın sərfiyyatı

1,0 kq/m2

Saxlama müddəti və qaydası

Toz tərkibli komponent ağzı açılmamış qablarda, sərin və quru şəraitdə, taxta altlıqlar üzərində üst-üstə 10 kisə olmaqla, maye tərkibli komponent isə donmadan qorunmaqla plastik bidonlarda üst-üstə 3 cərgə olmaqla 12 ay saxlanıla bilər. Saxlandığı mühitin temperaturu 00C-dən aşağı olarsa B tərkibli komponent dona bilər.

Xəbərdarlıqlar:

  • ağzı açılmış qablardakı məhsulu bir həftə ərzində istifadə edin;
  • istifadə zamanı xüsusi paltar, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun sement əsaslı və kimyəvi qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • ağıza gedərsə dərhal həkimə müraciət edin;
  • ərzaq məhsullarından və uşaqlardan uzaq saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"İzoLatex" 4000 HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 4 bar

"İzoLatexe Eko" HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye) 2 bar

"İzoLatexe SUPER " HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 7 bar

"İzoLatexe" UV Super HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 7 bar

"İzoKrist" ZİRZƏMİLƏRDƏ NƏMİN QARŞISINI ALAN VƏ KRİSTALLAŞAN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoLex" BİRKOMPONENTLİ HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoAntiasid" KANALİZASİYA SİSTEMLƏRİ ÜÇÜN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoBitex" BİTUM ƏSASLI HİDROİZOLYASİYA QARIŞIĞI

"MA Latex" YAPIŞMA MÜQAVİMƏTİNİ VƏ ELASTİKLİYİ ARTIRAN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoKontakt" 1 AKTİV SU SIZINTILARININ QARŞISINI ALAN, TEZQURUYAN QARIŞIQ (ağ,boz)

"İzoKontakt" 2 TEZ QURUYAN TƏMİR MONTAJ QARIŞIĞI

"İzoFakt" EPOKSİD ƏSASLI QORUYUCU ÖRTÜK MƏHSULU (Komponenet A+ Komponenet B)