ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

USTALAR KLUBU
GÖRÜŞ VƏ SEMİNARLAR
FƏALİYYƏTİ
GÖRÜŞ VƏ SEMİNARLAR
MÜRACİƏT ANKETİ

Ustalar klubunun fəaliyyəti geniş, imkanları sərhədsizdir. Ustaların daim yeniliklər əldə edib peşələrini daha da təkmilləşdirməsi üçün müntəzəm olaraq keçirilən görüş və seminarlarda ustalara aşağıda qeyd olunan istiqamətlərdə xidmətlər göstərilir:

  • Ustaları kurs və seminarlara dəvət etməklə onların peşə ilə bağlı bilik və bacarıqlarının artırılmasını təmin etmək və verilən sertifikatlar ilə bunu təsdiq etmək;
  • Ustalara peşələrini təkmilləşdirmək məqsədi ilə yaradıcı materiallar təqdim etmək;
  • Ustaların «Mətanət A» şirkətinin istehsal etmiş oldugu məhsullar və bu məhsulların istifadə qaydaları haqqında bütün suallarına cavab vermək və onlara texniki dəstək vermək;
  • Tələb olunan zaman, «Mətanət A» şirkətinin istehsal etdiyi məhsulları ustalara tez bir zamanda çatdırmaq;
  • Ustaları sərgi, yığıncaq və s. tədbirlərə dəvət etmək;
  • Ustaların işlə təmin edilməsinə kömək etmək;
  • Ustaların kupon toplayıb müxtəlif hədiyyələr qazanmasına imkan yaratmaq.

«Mətanət A» Ustalar Klubuna necə üzv olmalı?

  • Təlim seminarlarımızda müraciət anketini doldurmaqla;
  • Web saytlarımızda (bu və ya www.agdag.az saytında) Müraciət anketini doldurmaqla

Kimlər «Mətanət A» Ustalar Klubuna üzv ola bilər?

  • Kafel- metlax və s. plitə ustaları;
  • Alçı (şpatlevka) ustaları;
  • Səthlərin (divar, hamam, su anbarları, hovuz və s.) suya davamlılığını artırmaq üçün hidroizolyasiya qarışıqlarından istifadə edən ustalar;
  • Və digər bu kimi sahələri əhatə edən sahə ustaları.

Klubumuzun kartını alan usta artıq klubumuzun üzvü hesab edilir. Kartı olmayan ustalar müraciət anketlərini yuxarıda qeyd olunan yerlərdən əldə edə bilərlər.