ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ASTARLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"BİNMADER" 200 BİNDER ASTAR

Yüksək qatılığa malik, su əlavə edilir

İstifadə sahələri

Bu astardan:

  • gips, beton, suvaq, döşəmə suvağı, ağac kimi səthlərin suhopma qabiliyyətini azaltmaqla sement əsaslı materialların yapışma qabiliyyətinin artırılmasında;
  • köhnə səthlərin üzərində görüləcək üzlük tamamlama işlərindən əvvəl;
  • daha yaxşı nəticə əldə etmək üçün keramika, üzlük plitələr, səviyyə alma qarışığı (Şap), izolyasiya, boya kimi materialları istifadə etməmişdən əvvəl istifadə olunur.

Üstünlükləri

  • istifadəyə hazırdır;
  • istifadə olunacaq səthlərin qopub tökülməsinə və sonradan çatlar əmələ gəlməsinə yol vermir;
  • məhsuldarlığı artırır;
  • materialların sərfinə qənaət edir.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət edilməlidir. Səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Tətbiqi. BINMADER 200 astar məhsulunu istifadədən əvvəl çalxalayın və səthə vərdənə və ya fırça ilə çəkin. Məhsulun quruma müddəti 45-60 dəqiqədir, Qurumayana qədər üzərində heç bir iş görməyin. Gips kimi udma qabiliyyəti yüksək olan məhsulların üzərinə 2 qat çəkin.

Tövsiyələr. BINMADER 200 astarın istifadə olunduğu səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

ağ rəngli maye

İstifadə temperaturu

+50C÷+300C

Quruma müddəti (+230C temperaturda)

2 saat

Həcm kütləsi

0,97 kq/ litr

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidon

Sərfiyyat

BINMADER 200 binder astarın sərfiyyatı 120 qr /m2- dır:

  • daxili məkanlarda 1 litrə 7 litr su;
  • xarici məkanlarda isə 1 litrə 1 litr su əlavə etməklə istifadə edilir.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • astarın mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşərsə, dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"BİNMADER" 100 BİNDER ASTAR

"PARAKONTAKT" HAMAR BETON SƏTHLƏRİNİ NAHAMARLAYAN