ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

HAQQIMIZDA
NAİLİYYƏTLƏRİMİZ
ŞİRKƏT HAQQINDA
VİZYON VƏ MİSSİYAMIZ
NAİLİYYƏTLƏRİMİZ

Böyük uğurlar heç də asanlıqla və ya təsadüfən əldə olunmur. Uğur qazanmaq üçün öncə uğurun qazanılacağına inanmaq lazımdır. İnanc isə hər hansı bir zərurətdən doğmalıdır. Düzgün seçilməyən hədəflər, qarşıya qoyulan məqsədlərin düzgün planlaşdırılmaması və hətta seçimlərin düzgün edilməməsi uğursuzluqla nəticələnə bilər. Düzgün strategiya, prinsipial mövqe və təcrübəli iş prinsipi əldə olunacaq uğurların reallaşmasına yönələn əsas amillərdəndir. Liderlik pilləsinə yüksəlmək üçün əldə olunan uğurlar və onun arxasında duran gərgin və davamlı fəaliyyətimiz bu gün bizə əldə etdiyimiz nəaliyyətlərimizi qürurla sadalamağa imkan verir.
«Mətanət A» şirkəti 15 illik fəaliyyəti zamanı bir çox ilklərə imza atmış və bir çox nailiyyətlər əldə etmişdir. Bunlardan bəzilərini sadalamaq istərdik:
“Mətanət A” şirkəti toz məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 «Keyfiyyətin İdarə Olunması» beynəlxalq standartına layiq görülmüşdür.
5 fevral 2004-cü ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş keyfiyyət üzrə VI Beynəlxalq Konfransda Azərbaycandan ilk dəfə olaraq «Mətanət A» şirkəti «Century International Quality Era Award» Beynəlxalq Keyfiyyət mükafatı və sertifikatına layiq görülmüşdür.
25 aprel 2005-ci ildə Madriddə keçirilən Tikinti üzrə XVII Beynəlxalq Mükafat tədbirində «Mətanət A» xüsusi fərqlənmə nişanı — «Keyfiyyətin Qlobal İdarəsi» Qızıl Nişan mükafatına layiq görülmüşdür.
2006-cı ilin sentyabr ayında «Mətanət A» şirkəti tikinti sənayesində keyfiyyətli malların istehsalına görə «Qızıl Buta» mükafatına layiq görülmüşdür.
2008-ci il 4 oktyabr tarixində İnşaat materialları sektorunda «İlin şirkəti» mükafatına layiq görülmüşdür.
2009-cu ilin yekunlarına görə "Mətanət A" şirkətinin istehsal etdiyi məhsullardan biri olan "AĞDAĞ" "İlin Brendi" nominasiyası üzrə Uğur milli mükafatına layiq görülmüşdür.
18 dekabr 2010-cu ildə “Nanotexnologiyalı, ekoloji sağlam inşaat materialları” nominasiyasında öz sektorunda bütün şirkətləri qabaqlayaraq “İlin Şirkəti” elan olunmuşdur.
19 Mart 2011-ci il tarixində "Consulting and Business” jurnalının təsis etdiyi, iqtisadiyyat və biznes sahəsində milli mükafat olan- “Uğur” mükafatının təqdimetmə mərasimində "Mətanət A" şirkətinin istehsal etdiyi “FASNATURAL” məhsulu “İlin İxtirası” nominasiyası üzrə qalib olmuşdur.
2012-ci il avqustun 8-də “Mətanət A” Şirkəti İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür.
2012-ci ilin yekunlarına görə “Mətanət A” şirkətinin prezidenti cənab Elxan Bəşirova “Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlər 2012” müsabiqəsində Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin rəhbəri Cənab Yuri Şedrin tərəfindən “Rusiya bazarına ekoloji sağlam məhsulların ixracına görə” nominasiyası üzrə “PROGRESS” mükafatı təqdim olunmuşdur.
Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukrayna Keyfiyyət Assosiasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur.
24 aprel 2013-cü il tarixində iqtisadiyyat və biznes sahəsində milli mükafat olan “UĞUR 2012” mükafatının növbəti təqdimetmə mərasimində yeni nəsil boyaların- ROKOL boyalarının istehsalına başlayan “Mətanət A” şirkəti “İlin uğurla inkişaf edən boya brendi” nominasiyasına layiq görülmüşdür.
21 may 2013-cü ildə isə şirkət  Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiyanın ölkəmizdəki ticarət nümayəndəliyi tərəfindən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası (ARİƏP) ilə birlikdə təsis edilmiş “Proqress” mükafatını “Müasir texnologiyaların Rusiya bazarında irəlilədilməsinə görə” nominasiyası üzrə təltif olunmuşdur.
2014-cü ildə  İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “Mətanət A” Şirkəti “Tikinti materiallarının istehsalında innovasiyaların  tətbiqinə görə” dövlət mükafatına layiq  görülmüşdür.
İnşaat sektoruna verdiyi böyük töhfələrə, bu sahədə innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə görə nəinki ölkəmizdə, hətta regionda sınanmış və inanılmış brendə çevrilməyi bacaran “Mətanət A” 2014-cü ildə “İlin sənaye müəssisəsi” nominasiyası üzrə “İlin Şirkəti” mükafatına layiq görülmüşdür.
Daim yeni məhsul çeşidləri istehsal edərək güclü texnologiyalar vasitəsilə keyfiyyətli məhsullar ortaya çıxaran «Mətanət A» şirkəti, Azərbaycanla yanaşı qlobal səviyyədə də kommersiya şəbəkəsi qurmuş və tikinti sektorunun novator şirkəti və lideri olmaq məsuliyyətini dərk edərək yüksək korporativlik imicini yarada bilmişdir.