az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

İnovex ikiqat çöl divar sistemi

İnovex ikiqat çöl divar sistemi

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


Sistem haqqında

İnovex İkiqat çöl divar sistemi – dəmir-beton və metal konstruksiyalı tikililərdə Təkqat çöl divar sisteminə nisbətən daha yüksək istilik izolyasiyası, yanğın və səs göstəriciləri xüsusiyyətinə malik daha keyfiyyətli fasad divarı inşa edilməsinə imkan verir.

İnovex İkiqat çöl divar sistemi – seçilən profilin ölçüsü və 40 sm ox məsafəsində, 100 m hündürlükdə olan tikililərdə 150 km/s küləyin gücünə dözümlü şəkildə layihələndirilmişdir.

İstifadə sahələri

Çoxmərtəbəli dəmir-beton və ya metal konstruksiyalı tikililərdə çöl divarı sistemi olaraq istifadə olunur.

Üstünlükləri

  • Əldə edilən düz səth istənilən örtük materialı (metal örtük, örtük profili, taxta örtük, dekorativ kərpic örtük, alkopan və s.) bərkidilərək başa çatdırıla bilər.
  • Polad tikililərdə İnovex-in üzərinə hər hansı bir istilik izolyasiya materialı tətbiq edilməyəcəksə, səthə FASMINERAL (tamamlama suvağı) tətbiq edilərək, son astar qatı başa çatdırılır, rənglənməyə hazır vəziyyətə gətirilir.
  • Xarici divarları İnovex quru divar sistemi ilə hazırlanan tikililərin yaşayış sahələri artır, əlavə sahə əldə edilir.
  • İnovex maket bıçağı ilə rahatlıqla kəsilir, daha asan tətbiq edilmə imkanı təmin edir.
  • Daxili səthə son qat gipskarton lövhələri bərkidilməzdən əvvəl şap və digər döşəmə suvağı kimi inşaat işləri başa çatdırıla bilər. Həmin inşaat işləri başa çatdıqdan sonra İnovex-in səthinə son qat gipskarton lövhələri bərkidilərək divarın qurulması başa çatdırılır.
  • İkiqat çöl divar sistemi ilə hazırlanan divarlar inşaat işlərinin həyata keçirilməsinin sürətini artırır.
  • İkiqat çöl divar sistemi ilə inşa edilən divarların karbon emissiyaları ənənəvi divarlara nisbətən daha azdır.
  • İnovex-in çöl səthi üzərinə hər hansı istilik izolyasiya və ya digər fasad örtük materiallarından (XPS, EPS, daş yunu, metal örtük və s.) istifadə edilmədikdə İnovex-in səthi üzərinə birləşmə yerləri üçün əlavə müqavimətə malik lent və minimum 160 q/m² çəkisi olan şəbəkəli müqavimətə malik suvaq torundan istifadə olunmaqla Penoflex 8 (astar qatı) ilə birləşmə yerləri üçün dolğu və ilk qat astar tətbiq edilir. Həmin astar qatı üzərinə mineral suvaq FASMINERAL tətbiq edilir, mineral suvağın üzərinə isə fasad boyası vurulur.

İstifadə qaydaları

İkiqat çöl divar sisteminin tətbiq sahəsi

İkiqat çöl divar sistemi çoxmərtəbəli binalar üçün effektivliyi yüksək, praktik həllər təmin edir.

Səs izolyasiya lentinin hazırlanması

Inovex Divar C və Divar U profillərinin altına uyğun səs izolyasiya lenti yapışdırılır.

İlk sıra profillərinin vintlənməsi

İlk sıra DU profili, seçiləcək İnovex-in qalınlığına uyğun olaraq karkasın sərhədindən 12,5 və ya 15 mm daxilə qalacaq şəkildə, 60 sm məsafələrlə plastik dubelli şurupdan istifadə edilməklə tavana bərkidilir.

Profillərin vintlənməsi

Tavandakı DU profil xətti şaquli üzrə döşəməyə gətirilir.

İlk sıra profillərinin vintlənməsi

İlk sıra DU profili, seçiləcək İnovex-in qalınlığına uyğun olaraq karkasın sərhəddindən 12,5 və ya 15 mm daxildə qalacaq şəkildə tavana və döşəməyə yerləşdirilir.

Profillərin quraşdırılması

İlk sıra DCC profilləri, mərtəbənin hündürlüyünə uyğun olaraq minimum 1 sm qısa kəsilməlidir.

Profillərin vintlənməsi

Daha əvvəl altına səs izolasiya lenti yapışdırılmış ilk sıra DCC profili uzun qanadı xaricə qalacaq şəkildə, maksimum 60 sm məsafələrlə plastik dubelli şurupdan istifadə olunmaqla sütuna bərkidilir.