az

İNŞAAT SİSTEMLƏRİ

MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ

QATQI SİSTEMLƏRİ

Sönməmiş əhəng qrupu

Sönməmiş əhəng qrupu

Məhsul sərfiyyat hesablayıcısı


Sifariş et


Çap et


MƏHSUL HAQQINDA

Müxtəlif fraksiyalarda olan Əhəng daşının lazımı temperaturda termiki parçalanmasından alınan ağ  rəngli sönməmiş əhəng məhsuludur.

ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

 

İSTİFADƏ SAHƏLƏRİ

 Şəkər sənayesi diffuziya şirəsində kənar qarışıqların  dəqiqləşdirilməsi və aradan qaldırılması prosesində istifadə olunur. Həmçinin metallurgiyada təmizləyici komponent olaraq,İnşaat materiallarının silikat kərpic,qazbeton,quru inşaat qatqılarının istehsalında,fasad işlərində,yol çəkilişinidə  və s yerlərdə istifadə olunur.

Sönməmiş Əhəng qrunt sularının  sabitləşdirilməsində və təmizlənməsində də  istifadə olunur.Kalsium oksid aktiv reaksiyaya girmə  qabiliyyətinə malik olduğu üçün  qruntdakı  suları qruntdan kənarlaşdırılır.

 

ÜSTÜNLÜKLƏRİ

Təbii əhəngdaşının bişirilməsindən alınan məhsul olduğundan insan orqanizminə heç bir ziyanı yoxdur;

Ekoloji baxımdan təmiz və faydalıdır;

Üyüdülmüş halda sönməmiş əhəng soyuq havalarda qışda işlətmətmək üçün çox sərfəlidir.Sönmədən alınan istilik  məhsulun tez bərkiməsini təmin edir.

Üyüdülmüş sönməmiş əhəngdən hazırlanan material və məmulatlar möhkəm,odadavamlı və uzunömürlü olur.

 

İSTİFADƏ QAYDALARI

Sönməmiş əhəng məhsulunun sənayenin müxtəlif sahələrində istifadəsi müxtəlifdir.Tikintidə işlətməzdən qabaq onu üyütmək və ya söndürüb hidrat əhəngi və  yaxud əhəng xəmiri halına salmaq lazımdır.Üyüdülmüş sönməmiş əhəngin sönmüş əhəgə nisbətən su tələbatı azdır.Üyüdülmüş sönməmiş əhəngdən əhəng məhlulu hazırladıqda təxminən 100-150 % su ilə qarışdırmaq lazımdır.Alınan əhəng məhlulunu müxtəlif inşaat işlərində istifadə etmək mümkündür.

 

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Göstəricilər

Sönməmiş əhəng

1-ci növ

2-ci növ

3-cü növ

Rəngi

Üyüdülmüş halda tökmə sıxlığı

Sıxlaşdırılmamış halda

900-1100 kq/m3

900-1100 kq/m3

900-1100 kq/m3

Üyüdülmüş halda tökmə sıxlığı

Sıxlaşdırılmış halda                      

1100-1300 kq/m3

 

1100-1300 kq/m3

 

1100-1300 kq/m3

 

Aktiv (CaO+MgO)

>90%

 

>80%

 

>70%

 

 Aktiv (MgO)                                

<5%

<5%

<5%

CO 2

<3%

<5%

<7%

Sönməmiş dənələrin miqdarı

<7%

<11%

<14%

Sönmə sürəti

   

>25 dəq

Qablaşdırma

20 kq-lıq xüsusi havakeçirməyən polietilən və ya kağız kisələr

20 kq-lıq xüsusi havakeçirməyən polietilən və ya kağız kisələr

20 kq-lıq xüsusi havakeçirməyən polietilən və ya kağız kisələr

 

 

SAXLАМА МÜDDƏTİ VƏ QAYDASI

Quru şəraitdə 1 ay ərzində mexanikləşdirilmiş bunker tipli silos və anbarlarda,açılmamış kisələrdə bir-birinin üstündə maksimum 10 ədəd olmaqla saxlanıla bilər.

 

XƏBƏRDARLIQLAR

AZERLIME söndürülməmiş əhəng qarşığının istifadə olunduğu  suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;

Söndürülməmiş əhəng məhsullarını quru anbarlarda saxlayın;

 

ZƏMANƏT  VƏ  TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;

“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;

Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;

Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!