az

“Mətanət A” şirkətinin rəhbəri və kollektivi Ümummilli lider Heydər Əliyevin anım gününü hüzünlə yad ediblər

2018-12-12

Azərbaycanın yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Dövlətçiliyin qurucusu, Ümummilli lider Azərbaycanın və dünyanın şöhrətli siyasətçisi Heydər Əliyevin vəfatından 15 il keçir.

Ümummilli liderin anım günü “Mətanət A” şirkətində hüzünlə yad edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzar önünə gül-çiçək dəstələri və əklil qoyublar.

Həmçinin “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib və məzarın önünə gül-çiçək dəstələri qoyublar.