“Mətanət A” şirkəti gəncədə ustalara təlim keçdi

2015-12-22

Müasir dövrdə elm və texnikanın sürətlə inkişafı inşaat sektoruna da təsirsiz ötüşmür. Təmir və tikintinin geniş vüsət alması, inşaat infrastrukturunun təkmilləşməsi bu sahədə yeni trendlərin meydana gəlməsinə səbəb olur. Avropada bu sahənin inkişafı həm yeni inşaat materiallarının həm də yeni tətbiq üsullarının yaranmasına səbəb olur. Bütün bu proseslərin fonunda əsasən insan amili durur. Avropada yeni tikinti standartlarının yaranması və bu standartların sürətlə dünya ölkələrinə yayılması müşahidə olunur. Bu standartlardan biri də inşaat sektorunda çalışan mühəndis, usta və fəhlələrin öz işinin peşəkarı olması tələbidir. Təbii ki, ustalıq bir sənət sahəsidir və bu sahənin tədrisi ilə bağlı xüsusi məktəb və universitet yoxdur. Lakin Avropa və Türkiyədə bu işi müxtəlif tikinti şirkətləri korporativ sosial məsuliyyət kimi öz üzərilərinə götürərək ustaların, hətta fəhlələrin belə peşəkarlıq sertifikatına yiyələnməsi üçün təlim və treninqlər keçir. Bu təlimləri uğurla başa vuran və dərslərə mütəmadi qatılan iştirakçılar sonda sertifikatla təltif olunur.

“Mətanət A” şirkətinin “Ustalar Klubu” yaranan bu yeniliyi nəzərə alaraq Azərbaycanda da sertifikatlı ustaların hazırlanmasına start verib. İstər Bakıda istərsə də regionlarda həyata keçirilən bu cür təlimlər üzvlərimizin peşəkarlığının artırılması məqsədini daşıyır və sertifikatlı ustaların işlə təmin olunmasına dəstək göstərir.

“Mətanət A” şirkəti bu cür təlimlərdən birini də Gəncə şəhərində həyata keçirdi. Belə ki, təlimə qatılan yüzə qədər hörgü ustası Azərbaycanda ilk dəfə istehsal olunan və bir yenilik olan BLOKPAN gips hörgü blokunun hörgü prosesi ilə tanış oldular. Məhsulun üstün cəhətlərini əyani olaraq gördülər. Təlim zamanı ustalara qaranlıq qalan məqamlar mütəxəssislər tərəfindən cavablandırıldı.

Təlimi uğurla başa vuran ustalar sertifikatlarla təltif olundular. Bundan başqa bütün iştirakçılara dəyərli hədiyyələr təqdim olundu. Qeyd edək ki, təlimə Gəncə ilə yanaşı Tovuz, Qazax, Samux, Şəmkir, Yevlax, Mingəçevirdən olan hörgü ustaları qatılıb.

Məlumat üçün bildirək ki, BLOKPAN gips hörgü blokları sayəsində artıq kərpicə, quma, sementə və astar-üzlük şpatlyovkaya ehtiyac qalmır. Bu məhsul dörd iş bir məhsulda sloqanı ilə böyük alıcı marağına səbəb olub. BLOKPAN məhsulunun bir çox üstünlükləri vardır: ekoloji sağlamdır; təmir və hörgü işi tez başa gəlir; qara suvağa, astar və üzlük şpatlyovkaya ehtiyac qalmır; təmir xərci digər məhsullara nisbətən dəfələrlə ucuz başa gəlir; hörgü bitdikdən sonra boya və divar kağızı birbaşa vurulur; otaqlarda havanın temperaturunu tənzimləyir; səs izolyasiya qabiliyyəti yüksək olduğuna görə səs keçirmir; hörülmüş divarın çatlama və ya sınma ehtimalı yoxdur. BLOKPAN hörgü blokları sayəsində artıq hörgü işində yeni bir ənənənin təməli qoyulmuş oldu.

Yarandığı gündən daim nou-hauların, innovativ smart texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti tikinti sektoruna təqdim etdiyi yeni məhsullarla hər zaman öz tövhəsini vermişdir. “Mətanət A” Şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. Respublikamızda aparılmış məqsədyönlü iqtisadi siyasətin, sahibkarlığa olan dövlət dəstəyinin nəticəsi kimi bu gün şirkət istehsal həcmini daha da artırmış və qloballaşaraq Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan, Qazaxıstan, Türkiyə, İran kimi ölkələrə Azərbaycan Malı adı altında məhsul ixrac edərək milli iqtisadiyyatımızı xarici bazarlarda da uğurla təmsil etməkdədir.