az

“Mətanət A” şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdi

2015-12-12

Ulu öndər, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günü “Mətanət A” şirkətində qeyd edilib. Şirkət rəhbərliyi və kollektivi Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri və əklil qoyublar.

Daha sonra “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov və şirkətin kollektivi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadimi Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər. Məzarların önünə gül-çiçək dəstələri qoyublar.