az

"Ustalar klubu” Lənkəran şəhərində ustalarla görüş keçirib

2015-03-26

15 ildir fəaliyyət göstərən “Mətanət A” şirkəti məhsullarının birbaşausta istifadəçisi olan ustaları daim diqqət mərkəzində saxlayır. 3000-dən artıq ustanı bir araya toplayan “Ustalar Klubu” tədbir və seminarlar silsiləsini davam etdirir. Artıq illərdir ki, istehlakçısına keyfiyyətli məhsullar təqdim etməklə, müştərilərinin rəğbətini və daimi əməkdaşlığını qazanmış Şirkət bu illər ərzində edilən əməkdaşlığa böyük dəyər verdiyini bir daha sübut etmişdir. Belə ki, “Mətanət A” şirkəti şimal bölgəsindən sonra , cənub bölgəsindən olan ustalarla da görüş keçirib. Tədbirdə Lənkəran, Astara, Lerik, Masallı və Yardımlıdan olan ustalar iştirak ediblər.

Görüşdə Şirkətin istehsal etdiyi məhsullar barədə gələn qonaqlara laboratoriya müdirləri və texnoloqlar tərəfindən ümumi məlumat verilib. Bu məlumatların içində “Mətanət A” şirkətinin istehsal etdiyi, ustaların uzun illərdən bəri istifadə etdikləri Mətanət A, Ağdağ, İzolatexe, ROKOL, QRANİYAP, PARAKONTAKT, FASMAZAİK, FASNATURAL və s. kimi məhsullar olub. Daha sonra “Ustalar Klubu”-nun fəaliyyəti, qazandığı uğurları, gələcək hədəfləri haqqında ümumi məlumat verilib.Bundan sonra ustalar iş prosesində qarşılaşdıqları çətinliklər, onlardan çıxış yolları barədə şirkət mütəxəssislərinə suallar ünvanlayıblar. Tədbir zamanı ustalar müasir tikinti texnologiyaları və avadanlıqları, yeni innovativ məhsullar və onların tətbiqi qaydaları haqqında ətraflı məlumat əldə ediblər.Tədbir “Mətanət A” Şirkətinin təşkil etdiyi ziyafətlə davam edib. Ziyafətin sonunda ustalara dəyərli hədiyyələr təqdim olunub.Azərbaycanda ilk dəfə “Mətanət A” Şirkəti tərəfindən yerli peşəkar ustaları vahid bir məkanda toplamaq üçün yaradılmış “Ustalar Klubu”-nun əsas məqsədi, ustaların bilik və bacarıqlarını artırmaq, onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır. Məlumat üçün bildirək ki, “Mətanət A” 15 illik yubileyi ərəfəsində belə tədbirləri mütəmadi olaraq keçirir. Silsilə xarakteri daşıyan görüşlərin əsas məqsədi daim ustalarla birlikdə olmaq, onların qarşılaşdığı problemləri vaxtında aşkarlamaq və aradan qaldırmaqdır. Çünki “Mətanət A” Şirkətinin əsas hədəfi müştəri məmnuniyyətidir.

15 ildir fəaliyyət göstərən “Mətanət A” şirkəti məhsullarının birbaşa istifadəçisi olan ustaları daim diqqət mərkəzində saxlayır. 3000-dən artıq ustanı bir araya toplayan “Ustalar Klubu” tədbir və seminarlar silsiləsini davam etdirir. Artıq illərdir ki, istehlakçısına keyfiyyətli məhsullar təqdim etməklə, müştərilərinin rəğbətini və daimi əməkdaşlığını qazanmış Şirkət bu illər ərzində edilən əməkdaşlığa böyük dəyər verdiyini bir daha sübut etmişdir. Belə ki, “Mətanət A” şirkəti şimal bölgəsindən sonra , cənub bölgəsindən olan ustalarla da görüş keçirib. Tədbirdə Lənkəran, Astara, Lerik, Masallı və Yardımlıdan olan ustalar iştirak ediblər.

Görüşdə Şirkətin istehsal etdiyi məhsullar barədə gələn qonaqlara laboratoriya müdirləri və texnoloqlar tərəfindən ümumi məlumat verilib. Bu məlumatların içində “Mətanət A” şirkətinin istehsal etdiyi, ustaların uzun illərdən bəri istifadə etdikləri Mətanət A, Ağdağ, İzolatexe, ROKOL, QRANİYAP, PARAKONTAKT, FASMAZAİK, FASNATURAL və s. kimi məhsullar olub. Daha sonra “Ustalar Klubu”-nun fəaliyyəti, qazandığı uğurları, gələcək hədəfləri haqqında ümumi məlumat verilib.

Bundan sonra ustalar iş prosesində qarşılaşdıqları çətinliklər, onlardan çıxış yolları barədə şirkət mütəxəssislərinə suallar ünvanlayıblar. Tədbir zamanı ustalar müasir tikinti texnologiyaları və avadanlıqları, yeni innovativ məhsullar və onların tətbiqi qaydaları haqqında ətraflı məlumat əldə ediblər.

ustalarTədbir “Mətanət A” Şirkətinin təşkil etdiyi ziyafətlə davam edib. Ziyafətin sonunda ustalara dəyərli hədiyyələr təqdim olunub.

Azərbaycanda ilk dəfə “Mətanət A” Şirkəti tərəfindən yerli peşəkar ustaları vahid bir məkanda toplamaq üçün yaradılmış “Ustalar Klubu”-nun əsas məqsədi, ustaların bilik və bacarıqlarını artırmaq, onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır. Məlumat üçün bildirək ki, “Mətanət A” 15 illik yubileyi ərəfəsində belə tədbirləri mütəmadi olaraq keçirir. Silsilə xarakteri daşıyan görüşlərin əsas məqsədi daim ustalarla birlikdə olmaq, onların qarşılaşdığı problemləri vaxtında aşkarlamaq və aradan qaldırmaqdır. Çünki “Mətanət A” Şirkətinin əsas hədəfi müştəri məmnuniyyətidir.