“Mətanət A” şirkəti ustalarla növbəti dəfə görüş keçirdi

2014-04-23

"Mətanət A” şirkəti nəzdində fəaliyyət göstərən, 2000-dən artıq ustanı bir araya toplayan “Ustalar və Memarlar Klubu” öz fəaliyyətinə aktiv surətdə davam edir. Belə ki, aprel ayında şirkət ustalarla növbəti dəfə görüş keçirib. Görüşdə iştirak edən şirkət mütəxəssisləri ustaları maraqlandıran suallara cavab veriblər. Tədbir zamanı ustalar ən son tikinti texnologiyası, yeni innovativ məhsullar və onların tətbiqi qaydaları haqqında ətrflı məlumat əldə ediblər. Eyni zamanda onlar “Mətanət A” şirkətinin istehsal etdiyi, özlərinin uzun illərdən bəri istifadə etdikləri Mətanət A, AĞDAĞ, İzolatexe və s. məhsullarla yanaşı yeni brendlərlə bir daha tanış olublar. Bu brendlərdən ROKOL, Qraniyap, PARAKONTAKT və s. məhsulları misal göstərmək olar. Yeni brendlərlə yaxından maraqlanan ustalar həmin məhsullara iş prosesində çox ehtiyacları olduğunu vurğulayıblar. Görüşdə ustalara müxtəlif hədiyyələr və ziyafət verilib.

Azərbaycanda ilk dəfə “Mətanət A” Şirkəti tərəfindən yerli peşəkar ustaları vahid bir məkanda toplamaq məqsədilə yaradılmış “Ustalar və Memarlar Klubu”-nun əsas məqsədi ustaların bilik və bacarıqlarını artırmaq üçün onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır. Hazırda şirkət ustalarla növbəti görüşləri keçirməyə davam etməkdədir.