az

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

2012-12-12

12 dekabr 2012-ci il müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, fenomenal şəxsiyyət Ümummilli lider Heydər Əliyevin anım günüdür. "Mətanət A" şirkətinin rəhbərliyi və şirkət kollektivi bu böyük şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın əlaməti olaraq ulu öndərin memorial abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri qoydular.

Müstəqil Azərbaycan dövlətinin formalaşması, cəmiyyətin bütün sahələrinin dinamik inkişafı, tərəqqisi, müasirləşməsi ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz, ölkəmizin dünyada tanınması istiqamətində misilsiz xidmətləri olmuşdur. O, milli intibahımızın memarı, Azərbaycan müstəqilliyinin xilaskarı, milli iqtisadi inkişaf strategiyasının banisi, konstitusiyanın müəllifidir. Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsindəki böyük uğurların mənbəyi olmaqla yanaşı, Azərbaycanın daha da qüdrətli gələcəyinin qarantıdır. Bu gün cənab prezident İlham Əliyev Ulu öndərin ideyalarını və siyasi kursunu layiqincə davam etdirir, nəticədə ölkəmiz regionda və dünyada ən sürətlə inkişaf edən ölkələr səviyyəsinə yüksəlməkdədir.