az

“Mətanət A” şirkəti Ramazan bayramı münasibətilə kimsəsiz və imkansız ahıllara bayram sovqatı paylayıb

2012-08-18

“Mətanət A” şirkəti Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Bu dəfə şirkət işçiləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron Rayon Komitəsi ilə birlikdə Xırdalan şəhərində yaşayan imkansız və kimsəsiz ahıllarla görüşüb, onları qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik edib və bayram sovqatları paylayıb.

Tədbiri giriş sözü ilə açan Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə meneceri əvvəlcə şirkət rəhbərliyinin bayram təbriklərini ahıllara çatdırıb.

Hər bayramda olduğu kimi, müqəddəs Ramazan bayramında da onları yada saldığı üçün şirkət rəhbərliyinə təşəkkürlərini bildirən ahıllar bunun bir ənənə halı aldığını və şirkətin bu cür sosial fəaliyyətlərin təqdirə layiq hal olduğunu söyləyib.

Daha sonra şirkət işçiləri Xırdalan ərazisində yaşayan yataq xəstələrinin ailələrinə baş çəkib və onlara bayram sovqatları paylayıb.

Qeyd: Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkəti 2000-ci ildə təsis olunub. “Mətanət A” şirkəti 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.