az

"Mətanət A” şirkəti "Progress" mükafatına layiq görüldü

2012-05-31

Mətanət A şirkətinin əldə etdiyi mükafatlar silsiləsinə yenisi əlavə olundu.Belə ki, Rusiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Rusiya Ticarət Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlər 2012” müsabiqəsində iştirak edən “Mətanət A” şirkəti mükafata layıq görülüb. “Rusiya bazarına ekoloji sağlam məhsulların ixracına görə” nominasiyasında olan mükafatı “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin rəhbəri Cənab Yuri Şedrin təqdim edib. Öz növbəsində diplomat “Mətanət A” şirkətinin istehsal etdiyi məhsulların Rusiyanın tikinti bazarında xüsusi yer tutduğunu qeyd edib. “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov bu mükafatın yeni uğurlara imza atması üçün stimul olacağını bildirdi.

Onlarla şirkətin içindən seçilən “Mətanət A” şirkətinin Rusiya istehlakçıları tərəfindən tanınması və bəyənilməsi heç də təsadüfi deyil. Belə ki, “Mətanət A” şirkəti Rusiya-Azərbaycan iqtisadi əlaqələrinə öz tövhəsini verərək, hal-hazırda Rusiyanın müxtəlif bölgələrində “Mətanət A” şirkətinin resurs bazasının təyin edilməsi məsələsi üzərində işləyir. Bundan Əlavə şirkət 2009-cu ildən Rusiyanın paytaxtında keçirilən tikinti sərgiləri arasında iştirakçı sayının çoxluğuna görə fərqlənən Mosbuild sərgisinin iştirakçısıdır. 2009-cu ildən bəri Mətanət A şirkəti hər il, mütəmadi olaraq Moskvada keçirilən Mosbuild sərgisində iştirak edərək şirkətin istehsal ettiyi 1000-dən artıq çeşidə malik məhsulların Rusiya bazarında tanınmasını təmin edir. Elə bunun nəticəsidir ki, artıq şirkətin istehsal etdiyi məhsullar yalnız Azərbaycanda deyil, eyni zamanda ölkə hüdudlarından kənarda, xarici istehlakçılar tərəfindən rəğbətlə istifadə olunur. Hal-hazırda “Mətanət A” şirkətinin məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrdə sadiq alıcı kontingenti toplaya bilib. Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, daim yeni məhsul çeşidləri istehsal edərək güclü texnologiyalar vasitəsilə keyfiyyətli məhsullar ərsəyə gətirən «Mətanət A» şirkəti, Azərbaycanla yanaşı qlobal səviyyədə də fəaliyyətini genişləndirməkdədir.