az

Qafqazdan yeganə şirkət «Mətanət A» «MosBuild 2009» sərgisində

2009-04-03

Sərgidə iştirak etməklə şirkət öz məhsullarını nümayiş etdirmək, yeni istehsalçı qruplarla tanış olmaq, dünya tikinti bazarına çıxarılan məhsul istehsalçılarını yaxından tanımağı əsas hədəf kimi seçmişdir. Əsas məqsədimiz: satış bazarlarını genişləndirmək, yeni partnyorlarla tanış olmaq, dünya inşaat materialları ilə tanış olmaqdan ibarətdir.

Stendimizə ölkənin ən uzaq regionlarından belə bir çox mütəxəssislər yaxınlaşmış, çoxlu potensial müştərilərlə görüşlər keçirmişik və biz bütün danışıqlarımızın uğurlu nəticə verəcəyinə əminik. Sərginin ən müsbət tərəfi keçirilmə vaxtıdır ki, bir çox inşaat şirkətləri öz işlərini məhz bu fəsildə həyata keçirir və bütün yenilikləri ortaya çıxarmaq üçün cidd cəhdlə çalışır. Biz də öz növbəmizdə sərgidən sonra bütün təklif və tanışlıqları dərindən gözdən keçirəcəyik və təbii ki, sifarişləri incələməyə də kifayət qədər vaxtımız olacaqdır.

Sərgidə tikinti və təmir üçün lazım olan bütün məhsullar nümayişə çıxarılmışdır. Sərgini digər sərgilərdən fərqləndirən əsas faktor sərgiyə çıxarılan bütün məhsulların daha gözəl bir tərzdə meydana çıxarılması, hal-hazırki insaat texnologiyasının tələblərinə cavab verməsidir.

Qısacası qeyd etmək lazımdır ki, sərgiyə yüksək sayda vizitor baş çəkmiş və keçirdiyimiz görüşlər bizim üçün çox faydalı olacaqdır.