az

Yeni iş imkanları kimləri əhatə edəcək?

2017-07-03

Son günlər bütün inşaat aləminin maraqla qarşıladığı natural gips əsaslı BLOKPAN daxili divarları hörgü ustalarının da böyük marağına səbəb olub. Məhz bu səbəbdən “Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq hörgü ustaları üçün xüsusi təlimlər keçirilməsinə start verilib.

İlk təlim 30 iyun tarixində Bakı şəhərində baş tutub. Təlim zamanı hörgü ustalarına ekoloji sağlam BLOKPAN daxili divarları haqqında ətraflı məlumat verilib, məhsulun tətbiqi, hörülməsi prosesi göstərilib. Təlimdən sonra iştirakçıların sualları cavablandırılıb və hörgü ustalarına peşəkarlıq sertifikatları təqdim olunub, həmçinin BLOKPAN hörgü ustaları “Ustalar Klubu”na üzvlüyə qəbul olunublar. Qeyd edək ki, layihə çərçivəsində “Mətanət A” şirkəti tərəfindən peşəkarlıq sertifikatı təqdim olunan ustaların hörgü sifarişləri qəbul etmələrinə də dəstək göstərilməsi nəzərdə tutulur. 

Natural gips əsaslı BLOKPAN daxili divarları uğurla 4 işi 1-də cəmləşdirir. Artıq kərpic, qara suvaq, astar və üzlük şpatlyovkalarına ehtiyac yoxdur. Qalınlığı 8 və 10 sm, eni 66,7 sm, hündürlüyü isə 50 sm ölçülərində olan BLOKPAN daxili divarları ekoloji sağlamdır. Məhsulun rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyətlərə cavab verən arakəsmələr hörməyə imkan verir. Qeyd etmək zəruridir ki, BLOKPAN-la hörgü işi daha ucuz başa gəlir. Natural gips əsaslı BLOKPAN-ın üzərinə boya və divar kağızı birbaşa vurulur. Qısa müddətdə arzu etdiyiniz düz səth əldə etməklə yanaşı BLOKPAN evlərinizdə və ofislərdə otaqların genişliyinə imkan yaradır. Məhsul həmçinin istilik və səs izolyasiyasına malikdir. Zəlzələyə və yanğına davamlıdır. BLOKPAN daxili divarları hiqroskopik olduğu üçün otağın rütubətini tənzimləyir, otaqlar nəfəs alır.

 

Qeyd edək ki, “Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq Azərbaycanda ilk dəfə 2004-cü ildə “Ustalar klubu” yaradılmışdır. Ustaları vahid bir məkanda toplamaq məqsədilə əsası qoyulan “Ustalar klubu”nun əsas məqsədi ustaların bilik və bacarıqlarını artırmaq üçün onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim, seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır.

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.