az

Satış müdiri

İşin təsviri

  • Şirkətin satış siyasətinin təşkil olunması;
  • Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək;
  • Satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
  • Satış təmsilçilərinin dövriyyələrinə nəzarət etmək.

Tələblər

  • Təhsil: Ali;
  • Yaş həddi: 28-40;
  • Kompüter biliyi: MS Office proqramları;
  • Dillər: Azərbaycan dili (ingilis dili və rus dilini bilməsi arzuolunandır)
  • İş təcrübəsi: Minumum 3 il
  • Şəxsi avtomobilin olması.

Şəxsi keyfiyyətləri:

  • Liderlik;
  • İşə planlı yanaşma;
  • Fikrini izah etmək qabliyyəti;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Fəallıq.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Əlavə şərtlər:

  • Ezamiyyət imkanları;

Əlavə tələblər:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Əmək haqqı

Razılaşma yolu ilə

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
  • Maraqlananlar saytda onlayn-anketi dolduraraq hr@matanata.com ünvanına göndərə bilərlər.
CV Göndər
Satış təmsilçisi

İşin təsviri


Şirkətin satış siyasətinə və hədəflərinə uyğun fəaliyyət göstərmək;
Sifarişlərin qəbul edilməsini həyata keçirmək;
Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək;
Cavabdeh olduğu ərazilərdə satışın həyata keçirilməsi;
Müəssisənin kompaniyaları və məhsulları barədə müştəriləri məlumatlandırmaq;

Tələblər


Təhsil: Ali;
Kompüter biliyi: MS Office proqramları;
Dillər: Azərbaycan dili (Rus dili biliyi arzuolunandır)
İş təcrübəsi: Minumum 2-3 il. (Tikinti materialları sahəsindən biliyi olanlara üstünlük verilir)
Şəxsi avtomabilin olması.

İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və Bazar günü.
Baş ofisin ünvanı: Nərimanov r-nu, Luxen Plaza
Nahar şirkət tərəfindən qarşılanır;
Korporativ nömrə verilir;

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərəsiniz

CV Göndər
Anbarlar üzrə koordinator

İşin təsviri

 


• Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
• Təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
• Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
• Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirməsi, motivasiya edilməsi və kollektiv ruhunu qorumağı;
• Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
• Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
• Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə mağaza müdirini vaxtında məlumatlandırmaq;
• Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər


• Təhsil: Ali
• Sahə üzrə minimum 5 il iş təcrübəsi, onun 2-ildən çoxu baş anbardar və oxşar pozisiyalarda.
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus və İngilis dili (arzuolunan)
• Yüksək səviyyədə kompüter bilikləri (1C, Microsoft Office)
• Şəxsi avtomobilin olması.
• Ezamiyyətlərə getmə imkanı.

İş şəraiti
• 6 günlük iş qrafiki; 
• Nahar və servis şirkət tərəfindən verilir;
• Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərə bilərsiniz.

CV Göndər
Elektron Ticarət Şöbəsinin müdiri

İşin təsviri


- Şirkətə məxsus e-ticarət saytının idarə olunması;
- Rəqəmsal reklamların təşkili;
- Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət;
- Sosial media marketinq fəaliyyətinin e-ticarətlə uyğunluğunu təşkil etmək.
- Analizlərin aparılması, hesabatların hazırlanması;
- Rəqəmsal Marketinq , Dizayn və texniki şöbə ilə daimi işləmək;
- Mobil istifadəçi davranışlarına hakim olmaq və lazımi yaxşılaşdırılmaların aparılması;
- Saytın və serverin təhlükəsizliyi üçün lazımi işlərin görülməsi;
- Sayt daxili kampaniyaların təşkili;
- Ana səhifə və kateqoriyalar daxilində merçendayzinq işlərinin görülməsi. - Məhsulların tanıtımı və satış balansının qorunması;
- Qarşılaşılan situasiyanın ən effektiv həlli üçün lazımi yolların tapılması, alqoritmik baxış tərzi ilə qarşılaşılan problemləri düzgün prosedur halına gətirmək;
- Partnyorlarla əməkdaşlıq əlaqələrinin qurulması və aparılması, tapşırıqların düzgün icrasına nəzarət.

Tələblər


• Ali təhsil;
• İş təcrübəsi: sahə üzrə minimum 5 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi; (inşaat materialları sahəsində təcrübəli olması üstünlükdür)
• Kompüter biliyi: Microsoft Office;
• Dillər: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili arzulolunandır.

 

 İş şəraiti
• İş saatı: 09-00-dan 18-00-dək;
• İstirahət: Şənbə və Bazar günü.
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

CV-lərinizi mövzü sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərə bilərsiniz.

CV Göndər
Biznes Proseslərin idarə olunması üzrə mütəxəssis

İşin təsviri



- Biznes proseslərinin sənədləşdirilməsi, iş axışlarının hazırlanması;
- Biznes proseslərinin giriş, çıxışlarının,proses effektivlik kriteriyalarının proses sahibi ilə bərabər müəyyən edilməsi;
- Biznes proseslərinin əməliyyat ardıcıllıqlarının prosedur, təlimatlarda tam təsvir edilməsi;
- Sənədləşdirilmiş biznes proseslərinin icrasına nəzarət məqsədilə auditlərin keçirilməsi;
- İşçi məmnuniyyətinin ölçülməsi və proses uyğunsuzluqlarının optimallaşdırılması;
- Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
- Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
- Proseslərin optimallaşdırılması;
- Proseslərin təhlili metodaları;
- Biznes prosesləri optimallaşdırmaqla keyfiyyətin artırılması;
- Biznes proseslərə yenidən baxış və əməliyyat xərclərinin aşağı salınması;
- Kök səbəb analizinin edilməsi;
- Audit nəticələrinə əsasən Prosedurlarda düzəliş etmək, proses icraçıları və sahibləri ilə razılaşdırmaq;

Tələblər



- Təhsili: Ali təhsil;
- Biznes proseslərinin idarə olunması sahəsində 3-il təcrübə
- Dil bilikləri: Rus və ya İngilis dilini bilənlərə üstünlük verilir
- Kompüter biliyi: Word, Excel, PowerPoint
- Fikrini izah etmək qəbiliyyəti, işə planlı yanaşmaq, detallara diqqət yetirmək, məsuliyyətli və fəal olmaq.
- İşə planlı yanaşması
- Analitik düşünmə və təhlil etmə bacarığı
- Strateji planlama
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti
- Yüksək səviyyədə kommunikasiya bacarıqlarına və konfliktləri idarə edə bilmə qabiliyyəti
- Planlama və təşkilatçılıq qabiliyyəti

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İş yeri: Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
- İstirahət: Şənbə və Bazar günü;
- Nahar şirkət tərəfindən verilir;

CV-lərinizi mövzu sətrində vakansiya adını qeyd edərək hr@matanata.com email adresinə göndərə bilərsiniz.

CV Göndər
İnformasiya Texnologiyaları Departamentinin Direktoru

İşin təsviri

  • Şirkətlə bağlı bütün İT əməliyyatlarına nəzarət etmək;
  • İT tələblərini və şirkətin ehtiyaclarını təhlil etmək və müəyyən etmək;
  • Korporativ strategiyalara uyğun olaraq effektiv İT həlləri və siyasətləri hazırlamaq və həyata keçirmək;
  • İT şöbəsinin keyfiyyətli işləməsi üçün onları yeni texnoloji avadanlıq və proqram təminatı ilə təmin etmək;
  • Şirkətin büdcəsi hesabına İT sistemlərinin və işçilərin səmərəli fəaliyyətini təmin etmək;
  • Biznes məqsədlərini praktik və texniki həllərə çevirin.

Tələblər

  • Təhsil - Ali Təhsil (İnformatika, Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları, Sistemlər və Şəbəkələr),
  • İT sahəsində ən azı 10 il iş təcrübəsi
  • İT meneceri kimi minimum 5 il iş təcrübəsi
  • İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların (ISO PCI DSS, ITIL) tələblərini bilmək;
  • Windows-un təhlükəsizliyi sahəsində bilik və təcrübə 

Server əməliyyat sistemi;

  • Xidmətlər üzrə bilik və təcrübə: Active Directory, DNS, DHCP, qrup siyasətləri, fayl serveri, Exchange server, korporativ antivirus sistemləri;
  • Virtual mühitlərdə bilik və təcrübə
  • İT və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
  • Microsoft Windows Server 2012R2-2019 (AD DS, GPO, DHCP, DNS, WSUS, IIS, IIS ARR, Hyper-V, VMWare Failover Cluster, Print Server, File Server, DFS, RDS, ADFS, WSUS), Microsoft Exchange 2013 , Linux, KES, Veeam; sistem biliyi
  • TCP/IP, 802.1Q, OSPF, EIGRP NAT, PAT, OSI modeli, VPN. biləklər

 Dil bilikləri:

  • Azərbaycan dilində səlis danışıq
  • Texniki İngilis dili (daha yaxşı bilənlərə üstünlük verilir)
  • Rus dili (Texniki bilənlərə üstünlük verilir)

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.
  • İş yeri - Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyin yanı)
  • Nahar şirkət tərəfindən verilir.
  • Korporativ nömrə verilir.

 

CV-lərinizi mövzü sətrində İT Departament Direktoru qeyd edərək hr@matanata.com ünvanına göndərə bilərsiniz.

CV Göndər
Dağ-mədən işləri üzrə koordinator

İşin təsviri

  • Geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
  • Kameral şəraitdə layihələrin hazırlanması;
  • Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
  • Geoloji-kəşfiyyat quyularına və qazma operatorlarına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
  • Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
  • Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması;
  • Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
  • Müvafiq idarəetmə təcrübəsi;

Tələblər

  • Təhsil: Ali -Xaricdə təhsil alanalara üstünlük verilir;
  • İş təcrübəsi: 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Rus və İngilis dili dilləri üstünlükdür
  • Kompüter bilikləri: Word, Excel,Power Point, Autocad
  • Ezamiyyətlərə getmə imkanı

Əmək haqqı

Qeyd

  • 5 günlük iş şəraiti
  • İş Saatı: 09-00-dan 18-00-dək;
  • İş yeri – Baş Ofis (Luxen Plaza);
  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə verilir;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;

Qeyd:

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərə bilərsiniz.

CV Göndər
Təlim və inkişaf üzrə mütəxəssis

İşin təsviri

- İllik təlim planına uyğun olaraq təlimlərin keçirilməsi;
- Təlim qrafikinin hazırlanmasında iştirak etmək;
- Təlim ehtiyaclarını analiz etmək;
- Təlimləri təşkil etmək və davamiyyətini izləmək;
- Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;

Tələblər

Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
Kommunikasiya və təqdimat bacarıqları;
İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

CV Göndər
Hüquq şöbəsinin müdiri

İşin təsviri

Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;

Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;

Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;

Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;

Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;

Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;

Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;

Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;

Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;

Şirkət rəhbərliyinə hesabatlar vermək

Tələblər

Təhsil: Ali (hüquq sahəsi üzrə)

Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;

Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;

Microsoft Office proqramlarında işləmək bacarığı;

Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır)

Əmək haqqı

Qeyd

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək
İş yeri: Baş Ofis - Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
İstirahət: Şənbə və bazar günü;
Nahar şirkət tərəfindən verilir;

 

CV Göndər
Hüquqşünas

İşin təsviri

Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;

Əmtəə nişanlarının alınması və müddətinin uzadılması;

Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanıb təqdim edilməsi;

Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;

Etibarnamələrin hazırlanması;

Notarius işlərinin təşkili və sənədlərin təsdiqi,

Təsis sənədləri ilə bağlı işlərin icrası;

Viza və miqrasiya məsələlərinin təşkili;

Daxil olan sorğuların cavablandırılması;

Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;

Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya dəstəyini verilməsi.

Tələblər

Təhsil: Ali (Hüquq sahəsi üzrə)

İş təcrübəsi: ən azı 1 il;

Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı.

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

İş saatı: 09-00-dan 18-00-dək;

İstirahət: şənbə və bazar günü

Nahar şirkət tərəfindən qarşılanır

İş yeri: Luxen Plaza

CV Göndər
İnvestisiya layihələri üzrə koordinator

İşin təsviri

Büdcəyə müvafiq olaraq layihələri əlaqələndirmək və layihə mərhələlərini idarə etmək

Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq

İnvestisiya planının hazırlanmasında iştirak etmək

İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq

Müxtəlif təhlillərin aparılması və məlumatların vaxtında təqdim etmək

Texniki layihələrin maliyyə təsdiqi üçün təqdimatları hazırlamaq

Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq

Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq

Müxtəlif layihələrin başa çatmasına dəstək olmaq və biznes tələblərini qarşılamaq məqsədilə şöbələr arasında qarşılıqlı əlaqə qurmaq

Yuxarı rəhbərliklə əməkdaşlıq çərçivəsində əvvəldən sonadək layihənin gedişinə, o cümlədən biznes məqsədlərinin yerinə yetirilməsinə dəstək vermək

Birbaşa rəhbərliyinə mütamadi olaraq hesabatların verilməsi

Tələblər

Təhsil: Ali (İnşaat sahələri üzrə)

Təcrübə: oxşar vəzifələrdə ən azı 2 il (istehsalat tikintisi sahələrinə üstünlük veriləcək)

Ezamiyyələrə hazır olmalı

Tələb olunan bacarıqlar:

Güclü analitik bacarıqları

Mürəkkəb məlumatları interpretasiya etmə bacarıqları

Mükəmməl yazılı, şifahi və ünsiyyət bacarığı

İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

Microsoft Office (Word, Excel, Outlook və PowerPoint) proqramlarında işləmək bacarığı

Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

Əmək haqqı

Qeyd

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.
  • İş yeri - Luxen Plaza
  • Nahar şirkət tərəfindən verilir.
CV Göndər
Marketinq tədqiqatları üzrə mütəxəssis

İşin təsviri

Marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq

Marketinq Tədqiqatlarının həyata keçirilməsi;

Analitik hesabatların hazırlanması;

Satışın artırılması üçün təkliflərin hazırlanması;

Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək

Tələblər

Ali Təhsil (Marketinq və ya əlaqəli sahədə );

Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;

Marketinq sahəsi və bazar araşdırması üzrə nəzəri və praktiki biliklər

Azərbaycan dilini səlis bilməli, Rus dili bilməsi üstünlükdür;

MC Office proqramlarını bilməli;

İş ilə bağlı ezamiyyətlərə hazır olmalı;

Analitik düşüncə, araşdırma və təhlil bacarığı;

Ünsiyyət və təqdimat bacarığı;

Şəxsi avtomobilinin olması.

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək
- İş yeri: Baş Ofis - Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
- İstirahət: Şənbə və bazar günü;
- Nahar şirkət tərəfindən verilir;

CV Göndər
Direktor assistenti

İşin təsviri

Zəruri sənədlərin hazırlanmasını həyata keçirir.

Kargüzarlıq üzrə Sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılmasını təmin edir.

İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir.

Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək   

İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirmək, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim etmək və icra nəticəsi barədə onlardan məlumatları istəmək.

Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edir.

Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir.

Müəssisənin cari fəaliyyəti məsələləri (telefon, faks və s.) üzrə kənar təşkilatlar (həm kommersiya, həm də dövlət) və ayrı – ayrı vətəndaşlarla telefon əlaqəsi yaradır;

Kargüzarlıq sənədlərinin kompüterdə yığılması və surət çoxaltma işlərinin icrasını təmin edir;

Müəssisənin sənəd təminatının avtomatlaşdırılması vasitəsi kimi istifadə edir;

Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir.

Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır.

Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir.

Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır.

Daxil olan müştəri şikayətlərini qeydə alır, araşdırılması və eyni zamanda həlli üçün aidiyyəti struktur bölmələrə və ya vəzifəli şəxslərə istiqamətləndirir.

Satış və marketinq sahasində prosedur və təlimatlar hazırlayır.Satış və marketinq sahəsində rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlayır. 

 

Tələblər

Təhsil: Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)

İş təcrübəsi: 3-4 il;

Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür

Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;

Layihələrin idarə edilməsi üzrə biliklər;

Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər.

İşə planlı yanaşmaq bacarığı;

Yüksək ünsiyyət bacarığı;

Nitq mədəniyyəti;

Təmkinlilik, etibarlılıq, özünəinam;

Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

İş saatı: 09-00-dan 18-00-dək
İş yeri: Baş Ofis - Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
İstirahət: Şənbə və bazar günü;
Nahar şirkət tərəfindən verilir;

CV Göndər
Merçendayzer

İşin təsviri

Şirkətin məhsullarının rəflərinin səliqəsini nəzarətdə saxlamaq;
Müvafiq məlumatları vaxtında rəhbərliyə vermək;
Ticarət obyektlərində reklam fəaliyyətini təşkil etmək;
Müəyyənləşdirilən qaydada mal düzülüşünə nəzarət etmək;
Ticarət obyektlərinin stend və dükanüstü reklamların təminatını həyata keçirmək;
Məhsulların ticarət nöqtələrində şirkətin təyin edilmiş standartlarına uyğun düzülüşünü təmin etmək;
Günlük plan üzrə ticarət nöqtələrinə ziyarəti həyata keçirmək.
Görülən işlərlə bağlı hesabatlar təqdim etmək.

Tələblər

Təhsil: Ali
Dil bilikləri: Azərbaycan və Rus dili;
Merçendayzinq üzrə 2 il iş təcrübəsi;
MS Office proqramlarında işləmə bacarığı olmalı;
Şəxsi avtomobil olması mütləqdir;

Əmək haqqı

Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.

Qeyd

İş saatı: 09-00-dan 18-00-dək
İş yeri: Baş Ofis - Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
İstirahət: Şənbə və bazar günü;
Nahar şirkət tərəfindən verilir;

CV Göndər