ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ƏHƏNG MƏHSULLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"MA LİME" SÖNDÜRÜLMÜŞ ƏHƏNG

Məhsul haqqında

Əhəngdaşının lazımi temperaturda bişirilməsindən alınan əhəngin, xüsusi qurğularda su vasitəsilə söndürülməsi nəticəsində əldə edilən əhəng əsaslı suvaq-hörgü qarışığıdır.

ГОСТ 22688-77; ГОСТ 9179-77 standartlarına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • sosial və mülki tikililərdə;
  • binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və istifadə olunur;
  • təbii əhəngdaşının bişirilməsindən alınan məhsul olduğundan insan orqanizminə heç bir ziyanı yoxdur;
  • divarlar əhəng qarışığı ilə hörüldükdə və suvandıqda otaqlar nəfəs alır;
  • ekoloji baxımdan təmiz və faydalıdır.
  • MA Lime əhənginin digərlərindən əsas üstünlüyü onun aktivliyinin 80%-dən az olmamasıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, istifadə olunacaq səthlərdə nöqsan olarsa, Filkret təmir qarışığı  və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir.

Qarışığın hazırlanması.1.Yağlı əhəng qarışığı: 7 kisə əhəngi və 160 litr suyu 1 m3 qum ilə qarışdırın və bir müddət gözləyin. 2. Müqavimətli qarışıq: 7 kisə əhəngi və 120 litr suyu 1 m3 qum ilə qarışdırın. 2 saatdan sonra 3-4 kisə sement və 80 litr su əlavə edərək yenidən qarışdırın. 3. Sulu əhəng qarışığı (kirəc məhlulu): 1 kisə əhəngi 120 litr su ilə qarışdırmaqla əhəng məhlulu hazırlayın.

Tətbiqi. Hazırlanmış I və II qarışıqlardan hörgü və suvaq işlərində, III qarışıqdan isə divar səthinə və tavana vərdənə və ya fırça ilə çəkməklə istifadə edin.

Tövsiyələr. Tətbiq olunacaq mühitin və səthin temperaturu minimum +50C olmalıdır. Qarışdırma işində istifadə olunacaq bidon, alət və avadanlıqlar hər zaman təmiz olmalı, istifadədən dərhal sonra su ilə yuyulub təmizlənməlidir. Çirkli qablar və alətlər qarışığın işlənmə müddətini qısaldır.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50C÷+300C

Yağlı əhəng qarışığı

Müqavimətli əhəng qarışıq

 

Sulu əhəng qarışığı (kirəc məhlulu)

7 kisə əhəng + 160 litr su+1 m3 qum;

7 kisə əhəng + 200 litr su+ 1 m3 qum+3-4 kisə sement

1 kisə əhəng + 120 litr su

Aktivliyi

>80%

Qablaşdırma

20 kq-lıq laminasiyalı polipropilen kisə

Sərfiyyat

İstifadə olunan səthin və divarların ölçüsündən asılı olaraq sərfiyyat dəyişir.

Saxlama müddəti

Açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • MA Lime qarışığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • söndürülmüş əhəngə əlavə olaraq heç bir kimyəvi maddə qatmayın;
  • bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!