ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"İNQİLAB" SEMENT ƏSASLI HAZIR SUVAQ

Məhsul haqqında

Sement əsaslı, yüngül dolduruculu, yüksək hidravlikli polimerləşdirilmiş, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, şaxtaya, suya və xarici təsirlərə davamlı, yüksək möhkəmliyə və elastikliyə malik, quruduqdan sonra çat verməyən birkomponentli suvaqdır.

ГОСТ 28013-98 standartına uyğundur.

İstifadə sahələri

  • Bu suvaq məhsuldan:
  • beton səthlərin, yüngül betondan hörülmüş divar və tavanların suvanmasında;
  • kərpic və digər növ daşlardan hörülmüş divarların suvanmasında;
  • yığma betondan, qaz-betondan tikilmiş divar və tavanların suvanmasında istifadə olunur.

Üstünlükləri

  • tətbiq olunduğu sahələrdə sonradan çatlar yaranmır;
  • suvaq qarışığı ilə suvanmış səth əks tərəfə su və nəmlik buraxmır;
  • qarışıq çəkilmiş divarda birbaşa ancaq üzlük şpatklyovkadan istifadə etməklə üzlük-tamamlama işləri aparılır (yəni astar alçıya qənaət olunur).

İstifadə qaydaları

Səthin hazırlanması. Səth suvanmazdan əvvəl yapışmağa mane olan qalıqlardan təmizlənməli və səthin möhkəm olmasına diqqət yetirilməlidir. Səthdə qopmuş, qırılmış yerlər, çatlar olarsa, Filkret təmir qarışığı  və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth nəmləndirilməli və ya daha yaxşı nəticə əldə etmək üçün Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarışığı yavaş-yavaş 5,0-6,0 litr suyun üzərinə boşaldıb kürəciklər tam yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın tərkibindəki maddələrin yaxşı qarışması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Mala vasitəsi ilə 5-10 mm qalınlığında az qüvvə sərf etməklə səthə çəkin. Hazırlanan qarışığı 120 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı atın. İstifadədən sonra səthin 24 saat ərzində fasilələrlə nəmləndirilməsi tövsiyə olunur.

Tövsiyələr. İNQILAB suvaq qarışığı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş İNQILAB qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50 C ÷+300C

Su/quru qarışıq nisbəti

5,0-6,0 litr su/25 kq quru qarışıq

10-11 litr su/50 kq quru qarışıq

İstifadə müddəti

120 dəqiqə

İstifadə qalınlığı

8-10 mm

Quru halda məhsulun tökmə sıxlığı

1450 kq / m3

İstifadəyə hazır məhlulun sıxlığı

1750 kq/ m3

Möhkəmlik həddi:

  1. əyilmədə
  2. sıxılmada

 

4 N/mm2

10 N/mm 2

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 25 və 50 kq-lıq kisələrdə

Sərfiyyat

İNQILAB suvaq qarışığından 8-10 mm qalınlığında, 1 m2 səthin suvanması üçün 13-14 kq sərf olunur. 25 kq-lıq İNQILAB suvaq qarışığı təxminən 2 m2 səthin suvanmasına kifayət edir.

Saxlama müddəti və qaydası

Açılmamış kisədə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • İNQILAB suvaq qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FASMATİK" SEMENT VƏ PERLİT ƏSASLI FASAD MAKİNA SUVAĞI