ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ GİPS ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"AĞDAĞ"Üzlük GİPS ƏSASLI ÜZLÜK ŞPATKLYOVKASI (alçı)

Məhsul haqqında

Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək yapışma qabiliyyətinə malik, incə, ağ rəngli, son qat üzlük suvaq qarışığıdır.

AZS 046 (TS 370) standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi;
  • beton, qazbeton, kərpic, briket (kərpic şəklidə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, AĞDAĞ astar suvağı ilə suvanmış, yaxud gips lövhələrin (tavan və divar) üzərində incə suvaq kimi istifadə olunur.

Üstünlükləri

  • AĞDAĞ üzlük düz, hamar, qüsursuz və parlaq səth əmələ gətirir;
  • tozlanma ehtimalı yoxdur;
  • ekoloji cəhətdən təmizdir;
  • insan orqanizmi üçün zərərsizdir;
  • rahat hazırlanır və tətbiq olunur;
  • PVA yapışqanları və digər əlavələr qatılmır;
  • istifadə zamanı yerə tökülmür, ustaya estetik zövq verir;
  • çatlamır;
  • möhkəm və elastikdir.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Üzlük çəkilməzdən əvvəl səth AĞDAĞ astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə suvanmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən su və ya Binmader astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla nəmləndirilməlidir.

Qarışığın hazırlanması. 10 kq-lıq AĞDAĞ üzlüyünü 6,5-7,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Üzlük qarışıq suda tam qarışdıqdan sonra ona yenidən əlavə olaraq quru qarışıq və su qatmayın.

Tətbiqi. Hazır AĞDAĞ üzlük qarışığını AĞDAĞ astarla suvanmış divar səthinə və ya tavana mala ilə çəkin. Hazırlanmış qarışığı 130-150 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.

Tövsiyələr. Üzlük qarışıq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar təmiz olmalıdır. Çirklənmiş qab və alətlər qarışığın istifadə müddətini qısaldaraq məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək tövsiyə olunur. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50C ÷ +300C

Minimum tətbiq qalınlığı

1 mm

İstifadə müddəti

130-150 dəqiqə

Donma (bərkimə) müddəti

300-320 dəqiqə

Su/gips nisbəti

6,5 -7,0 litr su /10 kq gips

Quruma müddəti

təqribən 2 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

2,4 MPa

4,7 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,72 kq/ litr

1,5 kq/ litr

Səthin müqaviməti

57 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

AĞDAĞ üzlük qarışığından istifadə zamanı 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1 kq məhsul sərf olunur. 1 kisə AĞDAĞ üzlük gips qarışığı 30 m2 hamar səth almaq üçün kifayət edir.

Saxlanma müddəti və qaydası

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • məhsula sudan başqa heç bir maddə qatmayın;
  • PVA qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"AĞDAĞ"Astar GİPS VƏ PERLİT ƏSASLI ASTAR ŞPATKLYOVKASI (alçı)

"AĞDAĞ" MONOMATİK GİPS VƏ PERLİT ƏSASLI MAKİNA VƏ ƏL SUVAĞI

"AĞDAĞ" DİREK GİPS VƏ PERLİT ƏSASLI ASTAR SUVAĞI

"AĞDAĞ"KARTONPİYER (alçı)

"AĞDAĞ" Gips

"AĞDAĞ" Gips incə