ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ GİPS ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"AĞDAĞ" MONOMATİK GİPS VƏ PERLİT ƏSASLI MAKİNA VƏ ƏL SUVAĞI

Məhsul haqqında

Gips əsaslı makina suvağı istifadə imkanlarını artıran qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı, astar və üzlük şpayklyovkanı əvəz edən, hamar, parlaq, qüsursuz səth yaradan universal makina suvağıdır.

AZS 052 (TS 6433) standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • sənaye və mülki tikililərdə kərpic, mişar daşı, briket (kərpic şəklində preslənmiş kömur, torf, filiz), beton, qaz-beton ilə hörülmüş divarların və tavanların mexaniki yolla, suvaq maşını vasitəsilə yüksək keyfiyyətlə suvanmasında,
  • hamar, qüsursuz və parlaq səth əldə edilməsində istifadə olunur.

Üstünlükləri

  • böyük həcmli inşaat layihələrində istifadə zamanı təmir daha ucuz və tez başa gəlir;
  • vaxta qənaət olunur;
  • rahat işlənir;
  • çatlamır;
  • otaqlar nəfəs alır;
  • yüksək dekorasiya üstünlüyünə malikdir;
  • işləmə zamanı ustaya xüsusi zövq verir;
  • tozlanmır və ekoloji cəhətdən faydalıdır;
  • PVA qatılmır;
  • qara suvaq ilə suvamnış divar səthi ilə müqayisədə tikililərin yükünü azaldır;
  • ustanın işini yüngülləşdirir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli və səth yapışqanlığa mane olan qarışıqlardan (toz, yağ və s.) təmizlənməlidir. AĞDAĞ MONOMATİK makina suvağının hazırlanacağı makina avadanlığı təmiz və işə hazır vəziyyətdə olmalıdır.

AĞDAĞ MONOMATİK makina suvağı səthə çəkilməmişdən öncə səth yaxşıca isladılmalıdır. Suvaq vurulacaq səthin düz (padmayak) olması üçün "ano profillər" yerləşdirilməlidir. Divarın künclərində isə qırılmaların olmaması, künclərin düz və dəqiqliyindən ötrü künclərdə xüsusi "künc profilləri" (köşe profilləri) yerləşdirilməlidir. Müxtəlif materialların birləşmə yerlərinə və hərəkətə məruz qala biləcək yerlərə plastik "suvaq toru" (sıva filesi) vurulmalıdır. Əgər səth qəlibdən çıxan beton kimi çox hamardırsa, onu nahamar etməkdən ötrü səthi baltalamaq və s. kimi köhnə və kustar metodlardan istifadə etməyə ehtiyac yoxdur. Gələcəkdə suvağın qopmaması üçün belə səthləri girintili-çıxıntılı etməkdən ötrü təbii səth ilə suvaq arasında ikitərəfli kontakt yaradan PARAKONTAKT və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsulunu suvaq vurulmazdan ən azı 24 saat əvvəl səthə çəkmək lazımdır. Metal səthlərə MONOMATİK makina suvağı vurulmamışdan öncə səth antipas və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhlul ilə paslanmadan qorunmalıdır.

Qarışığın hazırlanması. Makinanın bunkerinə tələb olunan miqdarda AĞDAĞ MONOMATK əlavə edin və makinaya fasiləsiz su axını qoşun. Su və AĞDAĞ MONOMATİK-in qarışma nisbətini makinanın proqramına daxil edin və makinanı işə saldıqdan sonra su ilə AĞDAĞ MONOMATİK-i avtomatik olaraq homogen (eynicinsli) şəkildə qarışdırın. AĞDAĞ MONOMATİK məhsuluna sudan başqa heç bir əlavə material və ya maddə əlavə etməyin.

Tətbiqi. Hazır makina suvağı makinanın üzərindəki hava kompressorunun köməyi ilə təmirə hazır vəziyyətə gətirilmiş səthə (quraşdırılmış ano profillərinin arasına) 10 mm-dən az olmamaq şərti ilə (səthin tipindən asılı olaraq AĞDAĞ MONOMATİK makina suvağının sərfi dəyişə bilər) püskürtmə tapançası vasitəsi ilə püskürdülür. Səthə püskürdülən suvaq xüsusi mastar (alüminium profil) ilə mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Suvaq barmaqla sıxıldıqda barmağa batmırsa, onda səth mala ilə hamarlana bilər.

Təxminən 1 saatdan sonra səth azca nəmləndirilərək trifil (süngərəbənzər yumşaq alət) aləti ilə trifillənir. Təxminən 10-15 dəqiqədən sonra səthə çıxan incə suvağı barmaqla sıxdıqda barmaq batmırsa, səth metal mala ilə düzəldilərək qüsursuz və parlaq səth əldə edilir.

Əgər suvağın qalınlığı 3 sm-dən az olarsa, onda AĞDAĞ MONOMATİK bir qat vurulur. Əgər suvağın qalınlığı 3 sm-dən çox olarsa və iki qat çəkməyə ehtiyac yaranarsa, onda ikinci qat birinci qat vurulandan təxminən 2 saat sonra (yəni barmaqla sıxdıqda barmaq suvağa batmırsa) tətbiq olunmalıdır. 3 sm-dən yuxarı qalınlıqda vurulan makina suvağı səthi qalınlaşdıraraq ağırlıq yaratdığından səthdə azca nahamarlıq yarana və bu səbəbdən də ikinci qatı vurmağa ehtiyac duluya bilər.

Tövsiyələr. Məhsuldan istifadə zamanı mühitin və səthin temperaturu minimum +50C olmalıdır. Mühitin temperaturu+50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışdırma işində istifadə olunacaq bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətlər istifadədən dərhal sonra su ilə yuyulub təmizlənməlidir. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir. Makinaya (avadanlığa) daxil olan suyun fasiləsizliyi təmin edilməlidir.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50C÷+300C

Tətbiq qalınlığı:

  • minimum
  • maksimum

 

10 mm

35 mm

İstifadə müddəti

130-140 dəqiqə

Bərkimə müddəti

280-300 dəqiqə

Su/gips nisbəti

6,0-6.5 litr su/10 kq gips

Quruma müddəti

təqribən 3-4 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

 

2,2MPa

4,5 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,71 kq/ litr

1,62 kq/ litr

Səthin möhkəmliyi

55 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

MONOMATİK makina suvağında istifadə zamanı minimum 10 mm qalınlıq üçün sərfiyyat 9 kq/m2-dır. 1 kisə MONOMATİK makina suvağı (30 kq-lıq) təxminən 3 m2 hamar səth almaq üçün kifayət edər.

Saxlanma müddəti və qaydası

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • məhsula sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"AĞDAĞ"Astar GİPS VƏ PERLİT ƏSASLI ASTAR ŞPATKLYOVKASI (alçı)

"AĞDAĞ"Üzlük GİPS ƏSASLI ÜZLÜK ŞPATKLYOVKASI (alçı)

"AĞDAĞ" DİREK GİPS VƏ PERLİT ƏSASLI ASTAR SUVAĞI

"AĞDAĞ"KARTONPİYER (alçı)

"AĞDAĞ" Gips

"AĞDAĞ" Gips incə