ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ HİDROİZOLYASİYA QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"MA Latex" YAPIŞMA MÜQAVİMƏTİNİ VƏ ELASTİKLİYİ ARTIRAN HİDROİZOLYASİYA QARIŞIĞI

Məhsul haqqında

Emulsiya polimeri əsaslı, mexaniki möhkəmliyi, elastikliyi, yapışma gücünü, sukeçirməzliyi artıran, çatlamanın və aşınmanın qarşısını alan maddələri özündə əks etdirən, istifadəyə hazır məhsuldur.

İstifadə sahələri

Bu hidroizolyasiya qarışığından:

  • sement əsaslı betonun;
  • suvağın;
  • döşəmə suvağının;
  • MATONFilkret qarışıqlarının mexaniki möhkəmliyinin, elastikliyinin, yapışma gücünün və sukeçirməzliyinin artırmasında;
  • çatlamanın və aşınmanın qarşısının alınmasında istifadə olunur.

Üstünlükləri

  • qopub-tökülmə hallarına və sonradan çatların əmələ gəlməsinə yol vermir;
  • məhsuldarlığı artırır;
  • materialların sərfinə qənaət edir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir.

Qarışığın hazırlanması. MA Latex məhlulunu istifadədən əvvəl çalxalayın. Səthin su keçirməzliyini təmin etmək üçün suvaq-hörgü qarışıqlarına MA Latex hidroizolyasiya məhlulunu su ilə 1/1- 1/4 (MA Latex/su ) nisbətində qarışdırın. Çatların və sukeçmənin qarşısını almaq üçün kafel-metlax yapışdırıcılarına, təmir harcı və s. qarışıqlara MA Latex hidroizolyasiya məhlulunu su ilə 1/1-1/4 (MA Latex/su) nisbətində qatın.

Tətbiqi. Hazırlanmış qarışığı təlimata uyğun formada istifadə edin.

Texniki göstəricilər

Görünüşü

ağ rəngli maye

İstifadə temperaturu

+50C - +320C

Qarışığın sərfi: MA Latex / su

1/1; 1/4

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

Sement əsaslı məhsullarda 150 qr/m2 istifadə olunur.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"İzoLatex" 4000 HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 4 bar

"İzoLatexe Eko" HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye) 2 bar

"İzoLatexe SUPER " HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 7 bar

"İzoLatexe UV" HİDROİZOLYASİYA QARIŞIĞI(toz+maye), 4 bar

"İzoLatexe" UV Super HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 7 bar

"İzoKrist" ZİRZƏMİLƏRDƏ NƏMİN QARŞISINI ALAN VƏ KRİSTALLAŞAN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoLex" BİRKOMPONENTLİ HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoAntiasid" KANALİZASİYA SİSTEMLƏRİ ÜÇÜN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoBitex" BİTUM ƏSASLI HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoKontakt" 1 AKTİV SU SIZINTILARININ QARŞISINI ALAN, TEZQURUYAN QARIŞIQ (ağ,boz)

"İzoKontakt" 2 TEZ QURUYAN TƏMİR MONTAJ QARIŞIĞI

"İzoFakt" EPOKSİD ƏSASLI QORUYUCU ÖRTÜK MƏHSULU (Komponenet A+ Komponenet B)