ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ HİDROİZOLYASİYA QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"İzoLex" BİRKOMPONENTLİ HİDROİZOLYASİYA QARIŞIĞI

Texniki su məkanları üçün

Məhsul haqqında

Sement əsaslı, materialın sukeçirməzliyini təmin edən, kimyəvi qatqıları özündə əks etdirən birkomponentli hidroizolyasiyası qarışığıdır.

TŞ AZS 31 43498-05-2005 texniki şərtin tələblərinə uyğundur.

İstifadə sahələri

Bu hidroizolyasiya qarışığından:

  • binaların hamam və əl-üz yuyulan yerlərində;
  • terras və balkonlarda;
  • su anbarlarında;
  • beton, suvaq və döşəmə suvağı kimi səthlərin üzərində istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • torpağın tərkibindəki kimyəvi maddələrə və duzlara qarşı davamlıdır;
  • yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq, döşəmə suvağı (şap), keramika və digər üzlük plitələri yapışdırmazdan əvvəl su keçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır;
  • fırça və ya mala ilə səthə çəkilir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməlidir. İstifadə olunacaq səthlərdə nöqsan olarsa, MATON 100 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq toz şəklindəki qarışıq maddəsini 9,5-10,0 litr suyun üzərinə (fırça üsulunda) ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür).

Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Hazırlanan qarışıq səthə fırça və ya mala ilə eyni səviyyədə çəkin. Maddənin tətbiq olunacağı yerdəki künclərin birləşdiyi hissələri ovallaşdırın və qarışığı tor vasitəsi ilə bərkidilir. Fırça ilə 2 qat çəkildikdə, qatların arasındakı vaxt temperaturdan asılı olaraq 5-6 saat ola bilər. Cəmi 2-3 mm qalınlığında çəkilməsi kifayətdir. Mala ilə bir qat çəkildikdə bu qalınlıq əldə edilə bilər. Qarışığın tətbiq olunduğu səth 48 saat müddətində günəş şüasından, yağıntılardan və tozdan qorunmalıdır.

Nazik təbəqə şəklində tətbiq olunan maddə olduğu üçün piyada və maşınların hərəkətinə məruz qalan səthlərə çəkildikdən sonra beton döşəmə suvağı, keramika kimi qoruyucu üzlük materiallarla örtülməlidir.

Tövsiyələr. Hazırlanan qarışıq 1 saat ərzində işlədilməli, istifadə müddəti keçmiş qarışıq atılmalıdır. Qarışığın istifadə olunduğu yerləri istifadəyə verməzdən və ya üzlüklə örtməzdən əvvəl ən azı 1 həftə gözləmək lazımdır.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50C - +320C

Su/toz nisbəti

7,0-7,5 litr su/25 kq toz (mala üsulu)

9,5 -10 litr su /25 kq toz (fırça üsulu)

İstifadə müddəti

1 saat

İstifadəyə verilmə müddəti

1 həftədən sonra

Qopma müqaviməti

1,5 N/mm2

Qarışıq sərfi

2 kq/m2 (1 mm qalınlıq üçün)

İstifadə qalınlığı

zirzəmi, dam, terras -2 mm , su anbarı-3 mm

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

Sərfiyyat

İzoLex hidroizolyasiya qarışığı zirzəmi, dam və terraslarda 2 mm qalınlığında, su anbarlarında isə 3 mm qalınlığında çəkilir.

Birinci qatın sərfiyyatı: 1,0 kq/m2

İkinci qatın sərfiyyatı: 1,0 kq/m2

Saxlama müddəti və qaydası

Açılmamış qablarda, quru şəraitdə, taxta altlıqlar üzərində 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • İzoLex-in sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"İzoLatex" 4000 HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 4 bar

"İzoLatexe Eko" HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye) 2 bar

"İzoLatexe SUPER " HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 7 bar

"İzoLatexe UV" HİDROİZOLYASİYA QARIŞIĞI(toz+maye), 4 bar

"İzoLatexe" UV Super HİDROİZOLYASİYA QARIŞIĞI (toz+maye), 7 bar

"İzoKrist" ZİRZƏMİLƏRDƏ NƏMİN QARŞISINI ALAN VƏ KRİSTALLAŞAN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoAntiasid" KANALİZASİYA SİSTEMLƏRİ ÜÇÜN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoBitex" BİTUM ƏSASLI HİDROİZOLYASİYA QARIŞIĞI

"MA Latex" YAPIŞMA MÜQAVİMƏTİNİ VƏ ELASTİKLİYİ ARTIRAN HİDROİZOLYASİYA QARIŞIĞI

"İzoKontakt" 1 AKTİV SU SIZINTILARININ QARŞISINI ALAN, TEZQURUYAN QARIŞIQ (ağ,boz)

"İzoKontakt" 2 TEZ QURUYAN TƏMİR MONTAJ QARIŞIĞI

"İzoFakt" EPOKSİD ƏSASLI QORUYUCU ÖRTÜK MƏHSULU (Komponenet A+ Komponenet B)