ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FİLKRET" 200 TƏMİR MONTAJ QARIŞIĞI

Məhsul haqqında

Filkret 200 sement əsaslı, tək komponentli, polimerləşdirilmiş yüksək stabilliyə malik quru betonun təmiri üçün qarışıqdır.
AZS 039 (TS-11140) standartına uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • nahamarlıqları və qüsurları olan beton səthlərin təmirində;
  • quru beton səthlərin suvanmasında;
  • divar və tavanların suvanması və təmirində;
  • keramika və kafel örtüyü döşənməzdən əvvəl hamar səthin əldə edilməsində istifadə olunur.

Üstünlükləri

  • yalnız su ilə qarışdırılır;
  • asan şəkildə tətbiq edilir;
  • səthlərin düzgün bitişməsini təmin edir;
  • beton və suvaqlı səthlərdə yüksək yapışqanlılıq qabiliyyəti yaradir;
  • geniş səthlərə asan şəkildə tətbiq edilir;
  • çatlar əmələ gəlmir;
  • yüksək tiksotropik xüsusiyyətinə malikdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Təmir ediləcək sement əsaslı səthlər möhkəm, tozsuz və təmiz olmalı, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından, dəmir və taxta parçalarından tamamilə təmizlənməli və 4 sm-lik dərinliyə qədər olan boşluqlar MATON 200 təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş bu tip məhsul ilə doldurulmalıdır. Qarışığın tətbiq ediləcəyi səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.

Qarışığın hazırlanması. Ölçü cihazı vasitəsi ilə müvafiq miqdarda suyu təmiz vannaya boşaldın və üzərinə yavaş-yavaş Filkret 200 təmir qarışığı əlavə edin. Dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı cihazla homogen bir qarışıq əldə edilənə qədər 4 dəqiqə qarışdırın. Təqribən 4 dəqiqə gözlədikdən sonra yenidən 30 saniyə qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

Filkret 200

1 kq-lıq məhsul üçün

20 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

 

0,225 litr

 

4,5 litr

İstifadəyə hazır məhlulun sıxlığı

1,9 kq/litr

Tətbiqi. Hazırlanan qarışığı mala vasitəsilə 1–30 mm qalınlıqda olmaqla səthə çəkin. Qarışıq suyu çəkənə qədər gözləyin, səthə çəkilən qarışığın üzərinə suvaq fırçası ilə su səpin. Sonra isə polad və ya taxta malanın köməyi ilə səthi istənilən şəkildə düzəldin. Filkret 200 məhsulu açıq havada açıq geniş səthlərdə, xüsusilə isti, quru və küləkli mühitdə tətbiq edilərsə, 24-48 saat ərzində isladılmış parça, brezent və ya digər kür məhlulu ilə qorunaraq buxarlanmanın qarşısı alınmalıdır.

Tövsiyələr. Təmir üçün nəzərdə tutulmuş Filkret 200 məhsulu +200C temperaturda 30 dəqiqə ərzində tətbiq olunmalıdır. Bu müddət +320C temperatur üçün 20 dəqiqədir. Xarici səthdə işlərin aparılması zamanı 24 saat ərzində səth günəşdən, küləkdən, yağışdan və ya donmadan qorunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya surəti ətraf mühitin və istiliyin, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir və nəticədə məhsulun istifadə müddəti artır. Yüksək hərarət isə hidrotasiyanı sürətləndirir, nəticədə yuxarıda qeyd olunan müddət bununla əlaqədar azalır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin temperaturu nəzərdə tutulan minumum həddən az olmamalıdır. Qarışıq tətbiq edildikdən sonra istifadə olunan bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+5ºC - +32ºC

İstifadə müddəti:

  • +20ºC temperaturda

30 dəqiqə

Sıxılmada möhkəmlilik həddi:

  • 28 gündən sonra

>10 N/mm2

Qopma müqaviməti:

  • 28 gündən sonra

>1,0 N/mm2

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

5 mm
30 mm

Tam bərkimə müddəti

28 gündən sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 20 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1,55 kq/m2 qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal kisələrdə, olan sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir–birinin üzərinə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlanma şəraitlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • məhsul tətbiq edildiyi zaman iş və işçinin sağlamlığı qaydalarına müvafiq olaraq iş paltarlarından, qoruycu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • qatışıq tətbiq edilən sahəyə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FİLKRET" 100 TƏMİR QARIŞIĞI

"FİLKRET" 300 DİVAR BOYASININ ALT SƏTHİNİN BƏRPASI ÜÇÜN PLOMB QARIŞIĞI

"FİLKRET" 400 QURU BETON SƏTHLƏRİNİN BƏRPASI VƏ TƏMİRİ ÜÇÜN QARIŞIQ

"FİLKRET" 500 QURU BETON TƏMİRİ ÜÇÜN QARIŞIQ

"MATON" 100 STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 200 STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 300 SƏTHİN HAMARLANDIRILMASI VƏ TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 400 QISA MÜDDƏTDƏ BƏRKİYƏN YÜKSƏK MÜQAVİMƏTLİ TƏMİR QARIŞIĞI

"MATON" 500 QISA MÜDDƏTDƏ BƏRKİYƏN YÜKSƏK MÜQAVİMƏTLİ TƏMİR QARIŞIĞI

"EPOKS" 300 EPOKSİD ƏSASLI TƏMİR QARIŞIĞI