ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"MATON" 500 QISA MÜDDƏTDƏ BƏRKİYƏN YÜKSƏK MÜQAVİMƏTLİ TƏMİR QARIŞIĞI

Məhsul haqqında

MATON 500 sement əsaslı, birkomponentli, polimerləşdirilmiş, parçalanmayan, axıcı, tez müddət ərzində bərkimə xüsusiyyətlərinə malik təmir işləri üçün nəzərdə tutulmuş qarışıqdır.

AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu təmir qarışığından:

  • lyuk nərdivanlarının montaj edilməsində;
  • kanalızasiya və lyuklərın divarlarının təmirində;
  • cığır və platforma betonlarının təmirində;
  • üzərində nəqliyyat vasitələrinin hərəkət etdiyi beton səthlərin təmiri və bərpasında istifadə olunur.

Üstünlükləri

  • qısa müddət ərzində yüksək müqavimətə malik olduğu üçün üzərində nəqliyyat vasitələri bir saatdan sonra hərəkət edə bilir;
  • qısa müddət ərzində yüksək müqavimət əldə edilməsi nəticəsində beton səthində pozulma hallarının qarşısı alınır;
  • yalnız su ilə qarışdırılır, qəlibin içinə tökülməklə asan şəkildə tətbiq edilir;
  • yüksək axıcılıq qabiliyyətinə malikdir;
  • çatlamır və su buraxmır;
  • şaxtaya və istiliyə qarşı dözümlüdür.

İstifadə qaydaları

Səthin hazırlanması. Sement əsaslı səthlərin möhkəm, tozsuz və təmiz olması zəruridir. Səth yapışqanlığı zəiflədən yağlardan, parafinlərdən, paslardan və s. maddələrdən tamamilə təmizlənməlidir. Qırılaraq düzəldilən səthin kənarları dik şəkildə kəsilməli, avadanlığın pası təmizlənməli, lazım olarsa, yeni avadanlıq əlavə edilməlidir. Səthdə su axıntısı varsa, qurudulmalı və ya İzoKontakt 1 məhsulu və ya standartlara uyğun istehsal edilmiş bu tipli məhsul ilə bağlanmalıdır. Qarışıq tətbiq ediləcək səthin su ilə doyması təmin edilməli, lakin səthdə sərbəst su qalmamalıdır.

Qarışığın hazırlanması. Lazım olan su miqdarını xüsusi ölçü qabları vasitəsi ilə qarışdırma qabına boşaldın. MATON 500 məhsulunu yavaş-yavaş əlavə edərək dəqiqədə 400-600 dövriyyəli qarışdırıcı avadanlıq vasitəsilə 4 dəqiqə ərzində qarışdırın. Təqribən 4 dəqiqə saxlayıb, yenidən 30 saniyə ərzində qarışdırın və məhsulu istifadəyə hazır vəziyyətə gətirin.

Qarışıq üçün tələb olunan vasitələrin miqdarı

MATON 500

1kq-lıq toz üçün

25 kq-lıq kisə üçün

Qarışdırılma üçün nəzərdə tutulmuş su miqdarı

0,12-0,13 litr

3,0-3,4 litr

İstifadəyə hazır məhlulun sıxlığı

2,32 kq/litr

Tətbiqi. Hazırlanmış qarışığı bir qatla qalınlığı 10 mm-lə 50 mm arasında olmaqla səthə tökün. Qəlibləri 15 dəqiqədən sonra açın. 50 mm-dən qalın səthlərə tətbiq edildıyi halda MOTON 500-ə ağırlığının 1∕2 nisbətində (1 kq dolğu∕2 kq toz) xırda fraksiyalı dolğu (5-10 mm) qarışdırın.

Tövsiyələr.
MATON 500 təmir qarışığı +200C temperaturda 7 dəqiqə ərzində istifadə olunmalıdır. Sement əsaslı sistemlərin işləmə və reaksiya sürəti ətraf mühitin və torpağın istiliyinə, həmçinin havadakı rütubətin təsirinə məruz qala bilər. Aşağı temperaturda hidrotasiya ləngiyir, nəticədə platformanın ömrünü və işləmə müddətini artırır. Qarışığın tam bərkiməsi üçün ətraf mühitin və torpağın istiliyi icazə verilən minumum həddən az olmamalıdır. Xırda fraksiyalı dolğu ilə istifadə edildiyi təqdirdə vasitələr quru şəkildə qarışdırılmalı və içərisində quru qarışığın 10%-i qədər su olan vannaya əlavə edilməlidir. MOTON 500-dən torpaq qatının örtülməsi üçün istifadə edilməlidir. Qarışıq istifadə edildikdən sonra bütün alət və avadanlıqlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

boz

İstifadə temperaturu

+5÷+320 C

Sıxılmada möhkəmlilik həddi:

  • 1 saatdan sonra
  • 24 saatdan sonra
  • 28 gündən sonra

>20 N/mm2
>45 N/mm2
>65 N/mm2

Yayılma

>25sm (öz-özünə)

İlkin tutma müddəti

  • +200C temperaturda

20 dəqiqədən sonra

Tam bərkimə

28 gündən conra

Tətbiq ediləcək qalınlıq:

  • minimum
  • maksimum

10 mm
40 mm

İstifadə müddəti

  • +20 0 C temperaturda

7dəqiqə

İstifadəyə verilmə müddəti

  • +20 0 C temperaturda

1 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

1 mm-lik qalınlıq üçün 2 kq/m2 quru qarışıq istifadə olunur.

Saxlama müddəti və qaydası

Açılmamış və orjinal qablarda, sərin və quru yerdə 12 ay saxlanıla bilər. Qısa müddətli saxlama zamanı üç kisə bir-birinin üstünə qoyula bilər. Uzun müddətli saxlama zamanı kisələr bir birinin üzərinə qoyula bilməz. Ağzı açılmış kisələrdəki məhsul müvafiq saxlama şərtlərində bir həftə ərzində istifadə edilməlidir.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamani işin və işçinin təhlükəsizliyi qaydalarina riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FİLKRET" 100 TƏMİR QARIŞIĞI

"FİLKRET" 200 TƏMİR MONTAJ QARIŞIĞI

"FİLKRET" 300 DİVAR BOYASININ ALT SƏTHİNİN BƏRPASI ÜÇÜN PLOMB QARIŞIĞI

"FİLKRET" 400 QURU BETON SƏTHLƏRİNİN BƏRPASI VƏ TƏMİRİ ÜÇÜN QARIŞIQ

"FİLKRET" 500 QURU BETON TƏMİRİ ÜÇÜN QARIŞIQ

"MATON" 100 STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 200 STRUKTUR TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 300 SƏTHİN HAMARLANDIRILMASI VƏ TƏMİR İŞLƏRİ ÜÇÜN MATERİAL

"MATON" 400 QISA MÜDDƏTDƏ BƏRKİYƏN YÜKSƏK MÜQAVİMƏTLİ TƏMİR QARIŞIĞI

"EPOKS" 300 EPOKSİD ƏSASLI TƏMİR QARIŞIĞI