ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ARALIQ DOLDURMA QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"AĞDAĞ FugaPlaster" ARALIQ DOLDURMA QARIŞIĞI

Gips lövhələri ücün

Məhsul haqqında

Materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini, səthin hamarlığını və elastikliyini artıran qatqılarla zəngin gips əsaslı qarışıqdır.
AZS 046 (TS 370), DİN 18180 standartlarına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili məkanlarda gips-karton lövhələrin (alçıpan) birləşmə aralıqlarının doldurulmasında;
  • gips əsaslı lövhə və plitələrin yapışdırılmasında;
  • səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • tərkibindəki xüsusi kimyəvi qatqılar gips-karton lövhələr və digər gips əsaslı səthlər tərəfindən suyun vaxtından əvvəl sorulmasının qarşısını almaqla elastiklik yaradır;
  • səthdə büzülmələr və çatlar yaratmır;
  • yüksək səviyyədə istiliyi və səsi izolyasiya edir;
  • aralıqların doldurulmasında yanğına davamlı lent və liflərdən istifadə edildiyindən aralıq doldurma qarışığının müqaviməti və yanğına dözümlülüyü daha da artır;
  • rahat çəkildiyi üçün ustanı yormur;
  • solmaya qarşı davamlıdır, elastikdir;
  • hamar və parlaq səth yaradır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Qarışığın hazırlanması. 10 kq quru qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca səpib 3 dəqiqə gözlədikdən sonra kürəciklər yox olana qədər (homogen qarışıq alınana qədər) qarışdırın. Qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür. İstifadəyə başlamazdan əvvəl qarışığı yenidən qarışdırın.

Tətbiqi. Qarışıq səthə iki mərhələdə tətbiq olunur. I mərhələdə hazır qarışıq gips lövhələrin birləşmə aralıqlarına tətbiq olunur və son bərkimə baş verdikdən sonra həmin aralığın üzərinə gips lövhə bantı yapışdırılır. II mərhələdə isə hazır FugaPlaster qarışığı vurulmuş gips lövhə bantının üzərinə 10 sm enində tətbiq olunur. II mərhələdə aralığa çəkilmiş qarışıq bərkidikdən sonra ümumi səthə alçıpan malası vasitəsilə gips əsaslı üzlük suvaq qarışığı tətbiq olunur.

Quru qarışığa əlavə ediləcək su nisbətinə diqqət edin, duru şəkildə istifadə etməyin. Əgər duru şəkildə istifadə etsəniz, bu, çatlara, çökmələrə, asan aşınmalara və tozlanmaya səbəb ola bilər.

Tövsiyələr. AĞDAĞ FugaPlaster aralıq doldurma qarışığının istifadə olunduğu mühütin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı, yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığıa su və ya quru qarışıq qətiyyən əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

İstifadə temperaturu

+50 C ÷ +300 C

İstifadə müddəti

80-100 dəqiqə

Su/quru qarışıq nisbəti

6,0-6,5 litr su/10 kq quru qarışıq

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

2,7-3,2 MPa
5,5- 6,0 MPa

Aralıq doldurma işinə başlama vaxtı

30 dəqiqədən sonra

Quruma müddəti

2-3 gün

Səthin möhkəmliyi

90 Shore D

Qablaşdırma

30 kq- lıq laminasıyalı polipropilen paketlərdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 20 kq-lıq kisələrdə

Sərfiyyat

1m2 səthə sərf olunan AĞDAĞ FugaPlaster qarışığının miqdarı aşağıdakı kimidir:

  • alçıpanların birləşmə aralıqlarının doldurulmasında 0,2 - 0,5 kq;
  • arakəsmə gips tavalarının birləşmə aralıqlarının doldurulmasında 1,2- 1,5 kq;
  • divarlara elektrik avadanlıqlarının, vint və şurupların birləşmə yerlərinin bərkidilməsində 0,2- 0,3 kq;
  • divar və tavandakı gips səthlərdə yaranan çatların və qopuqların təmirində 0,3- 0,4 kq.

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • aralıq doldurma qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • AĞDAĞ FugaPlaster aralıq doldurma qarışığı hazırlanarkən istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • aralıq doldurma qarışığına sudan başqa heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FugaFil" ARALIQ DOLDURMA QARIŞIĞI (eni 1-6 mm)

"FugaFas" 100 FLEX ARALIQ DOLDURMA QARIŞIĞI (1-6 mm)

"FugaFas" 200 FLEX ARALIQ DOLDURMA QARIŞIĞI (6-20 mm)

"MA Pool" ANTİBAKTERİAL ARALIQ DOLDURMA QARIŞIĞI (1-6 mm)

"EPOKS" 200 EPOKSİD ƏSASLI ARALIQ DOLDURMA QARIŞIĞI, boz

"EPOKS"200 White EPOKSİD ƏSASLI ARALIQ DOLDURMA QARIŞIĞI, ağ

"FugaBlesk" ZƏR EFFEKTLİ ARALIQ DOLDURMA QARIŞIĞI

"Fugaton" SƏTHİ SƏRTLƏŞDİRİLMİŞ BETON ARALIQLARI ÜÇÜN QARIŞIQ