ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ARALIQ DOLDURMA QARIŞIQLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FugaFas" 200 FLEX ARALIQ DOLDURMA QARIŞIĞI (6-20 mm)

Xarici məkanlar üçün

Məhsul haqqında

Sement əsaslı, materialın keyfiyyətini və istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini artıran, su keçirməzliyi təmin edən, rəngin solmaması üçün kimyəvi maddələri özündə əks etdirən və səthin hamarlığını təmin edən aralıq doldurma qarışığıdır. İstənilən rəngdə istehsal etmək olur.
TSEN 13888 standartına uyğundur.

İstifadə sahələri

Bu aralıq doldurma qarışığından:

  • daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə;
  • qranit, müxtəlif ölçülü keramika, kotto, əhəngdaşı kimi istənilən üzlük plitələrin aralıqlarının doldurulmasında;
  • ani temperatur dəyişiklilklərinin olduğu yerlərdə, piyada və maşınların sıx hərəkət etdiyi sahələrin döşəmələrində 6-20 mm məsafəli aralıqlarının doldurulmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • solmaya qarşı davamlıdır;
  • çatlamır və rəng ləkəsi buraxmır;
  • yüksək sukeçirməzlik xüsusiyyətinə malikdir;
  • ani temperatur dəyişikliyinə davamlıdır;
  • istənilən ölcülü plitələrin aralıqlarının doldurulmasında keyfiyyətli aralıq doldurma qarışığıdır;
  • daşların kənarlarına mükəmməl yapışır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərin aralıqlarının sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth aralığı yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir.

Qarışığın hazırlanması. 20 kq quru qarışığı 5,0-5,4 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın. Quru qarışığın su nisbətinə diqqət edin, duru şəkildə istifadədən uzaq olun. Əgər duru şəkildə istifadə etsəniz, çatlara, çökmələrə, asan aşınmalara, tozlanma və rəngin solmasına və dəyişilməsinə səbəb ola bilər.

Tətbiqi. Hazır qarışıq aralıq doldurma tapançası ilə aralıqlara doldurulur və qarışığın artığı sıyrılıb götürülür. Hazırlanan qarışıq 2 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş qarışıq atılmalıdır.

Tövsiyələr. FugaFas 200 aralıq doldurma qarışığının istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +370C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı ), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş FugaFas 200 aralıq doldurma qarışığına qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. Aralıq doldurma işi sona çatdıqdan 24-48 saat sonra işin icra edildiyi yer istifadəyə verilə bilər. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir. FugaFas 200 aralıq doldurma qarışığı sərtləşdikdən sonra ancaq mexaniki yolla səthdən təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

ağ və müxtəlif rənglərdə olan narın toz

İstifadə temperaturu

+50 C ÷ +300 C

İstifadə müddəti

2 saat

Su/quru qarışıq nisbəti

0,25-0,27 litr su/ 1kq quru qarışıq
1,25-1,35 litr su/ 5 kq quru qarışıq
5,0-5.4 litr su/ 20 kq quru qarışıq

Möhkəmlik həddi:

  • əyilmdə
  • sıxılmada

5 N/mm2
17 N/mm2

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra,
48 saatdan sonra

Qablaşdırma

1 kq-lıq laminasıyalı, germetik tripleks paketlərdə, 2 və ya 3 qatı kraft kağızı, 1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə və 20 kq-lıq kisələrdə

Sərfiyyat

Üzlük materialların ölçülərindən, aralıqların enindən və dərinliyindən asılı olaraq sərfiyyatın miqdarı aşağıdakı cədvəldə verilirir.

Üzlük plitələrin

ölçüləri, sm

Aralığın dərinliyi 8 mm

Aralığın eni

6 mm

q/m2

10 mm

q/m2

14 mm

q/m2

18 mm

q/m2

20 mm

q/m2

10×10

1800

3000

4000

5100

6000

10×20

1400

2300

3100

4000

4900

15×15

1150

1900

2650

3400

4150

15×20

1100

1800

2500

3200

3900

20×20

1100

1650

2100

2600

3200

20×25

1000

1500

2000

2500

3000

20×30

800

1400

1900

2400

2900

30×30

650

1100

1600

2100

2600

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • quru qarışiğın qatqılarla zəngin olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə olunan suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • quru qarışığa sudan başqa heç bir maddə qatmayın;
  • PVA qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FugaFil" ARALIQ DOLDURMA QARIŞIĞI (eni 1-6 mm)

"FugaFas" 100 FLEX ARALIQ DOLDURMA QARIŞIĞI (1-6 mm)

"MA Pool" ANTİBAKTERİAL ARALIQ DOLDURMA QARIŞIĞI (1-6 mm)

"EPOKS" 200 EPOKSİD ƏSASLI ARALIQ DOLDURMA QARIŞIĞI, boz

"EPOKS"200 White EPOKSİD ƏSASLI ARALIQ DOLDURMA QARIŞIĞI, ağ

"FugaBlesk" ZƏR EFFEKTLİ ARALIQ DOLDURMA QARIŞIĞI

"AĞDAĞ FugaPlaster" ARALIQ DOLDURMA QARIŞIĞI

"Fugaton" SƏTHİ SƏRTLƏŞDİRİLMİŞ BETON ARALIQLARI ÜÇÜN QARIŞIQ