ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ KERAMİKA YAPIŞDIRICILARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"MA Flex" White KERAMİKA YAPIŞDIRICISI (ağ)

Soba və buzxanalar üçün yüksək və aşağı temperatura davamlı yapışdırıcı

Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, ani temperatur dəyişilməsinə davamlı, Nano texnologiyalı, birkomponentli, ağ rəngli yapışdırıcıdır.

AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə;
  • soyuq hava anbarlarında və buzxanalarda;
  • sobaların fasadında;
  • aşağıdan isidilən sistemlərdə;
  • terraslarda və bağçaların tərtibatında;
  • beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə döşəmə və divar keramikaları, kotto, mərmər, qranit, odadavamlı kərpic, dekorativ kərpic kimi üzlük materialların yapışdırılmasında;
  • keramikanın üstündən keramika yapışdırılmasında;
  • şaquli və üfüqi səthlərdə yuxarıdan aşağıya doğru keramika və digər üzlük materialların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • ani temperatur dəyişikliklərinin (donma - ərimə) olduğu yerlərdə asanlıqla tətbiq olunur;
  • yüksək və aşağı temperatura davamlı soba və buzxanalarda əvəzolunmaz yapışdırıcıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5 - 6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli və ya Binmader astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. 25 kq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapıdırılmasında kombinələşdirilmiş (bu üsulda yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) yapışdırma üsulundan istifadə edin. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışığı 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. MA Flex White yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plitələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

15 sm×15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm × 30 sm-ə qədər

8,0

3,0-4,0

30 sm× 30 sm-dən yuxarı

10,0

4,0-5,0

Üzlük plitələrin ölçülərindən asılı olaraq tövsiyə olunan aralığın eni

Üzlük plitələrin ölçüləri

Aralıqların eni, mm

15 sm×15 sm-ə qədər

3,0-4,0

30 sm×30 sm-ə qədər

4,0-5,0

30 sm×30 sm-dən yuxarı

5,0-8,0

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50 C ÷ +300 C

Su /quru qarışıq

2,4-2,6 litr su/10 kq quru qarışıq
6,0-6,5 litr su/25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kağız və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

25-30 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Qopma müqaviməti

>0,5 N/mm2

>2,8 N/mm2

Sərfiyyat

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

MA Flex White

(kq)

1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı

(kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

6 mm

8 mm

10 mm

25

1,38

6,5

1,93

2,44

4,06

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • MA Flex White yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"MƏTANƏT A" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA WHİTE" MOZAİKA YAPIŞDIRICISI (ağ)

"QRANİYAP dry" MƏRMƏR-QRANİT YAPIŞDIRICISI (boz)

"QRANİYAP dry" White MƏRMƏR-QRANİT YAPIŞDIRICISI (ağ)

"HİDROYAP" SUKEÇİRMƏZ KERAMİKA YAPIŞDIRICISI (boz)

"HİDROYAP" White SUKEÇİRMƏZ KERAMİKA YAPIŞDIRICISI (ağ)

"MA Flex" KERAMİKA YAPIŞDIRICISI (boz)

"EKOMAT" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA Kontakt" TEZ TUTAN KERAMİKA YAPIŞDIRICISI (boz)

"PENABET" PENO-BETON YAPIŞDIRICI (boz)

"FASKER" 100 FASAD KERAMİK PLİTƏ YAPIŞDIRICISI (toz)

"FASKER" 200 FASAD KERAMİK PLİTƏ YAPIŞDIRICISI (toz+maye)

"EPOKS" 100 White EPOKSİD ƏSASLI KERAMİKA YAPIŞDIRICISI

"EPOKS" 100 EPOKSİD ƏSASLI KERAMİKA YAPIŞDIRICISI