ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ KERAMİKA YAPIŞDIRICILARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"MƏTANƏT A" KERAMİKA YAPIŞDIRICISI (boz)

Şaquli və üfüqi səthlərdə keramika və digər üzlük plitələr yapışdırıcısı

Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, kombinasiyalı polimerləşdirilmiş, birkomponentli, boz rəngli keramika yapışdırıcısıdır.

AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • daxili və xarici məkanlarda;
  • üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında;
  • köhnə kafelləri qopartmadan kafelin üstündən kafel yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
  • yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri yapışdırmaq mümkündür;
  • şaxtaya və istiliyə davamlıdır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur.

Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.

Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr.Mətanət A” keramika yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yapışdırıcı əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50 C - +300 C

Su/quru qarışıq

2,4-2,6 litr su /10 kq quru qarışıq

6,0-6,5 litr su / 25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə

 

24 saatdan sonra

48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

20-30 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Yapışma müqaviməti

>0,5 N/mm2

>2,5 N/mm2

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı

Üzlük plıtələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

15 sm×15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm × 30 sm-ə qədər

8,0

3,0-4,0

30 sm× 30 sm-dən yuxarı

10,0

4,0-5,0

Üzlük plitələrin ölçülərindən asılı olaraq tövsiyə olunan aralıqların eni

Üzlük plitələrin ölçüləri

Aralıqların eni, mm

15 sm×15 sm-ə qədər

3,0-4,0

30 sm×30 sm-ə qədər

4,0-5,0

30 sm×30 sm-dan yuxarı

5,0-8,0

Sərfiyyat

İstifadə zamanı “Mətanət A” keramika yapışdırıcısının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

Mətanət A

keramika yapışdırıcısı

(kq)

1 mm qalınlıq üçün

quru qarışığın sərfiyyatı (kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

6 mm

8 mm

10 mm

25

1,28

6

1,94

2,46

4,12

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • yapışdırıcının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!





"MA WHİTE" MOZAİKA YAPIŞDIRICISI (ağ)

"QRANİYAP dry" MƏRMƏR-QRANİT YAPIŞDIRICISI (boz)

"QRANİYAP dry" White MƏRMƏR-QRANİT YAPIŞDIRICISI (ağ)

"HİDROYAP" SUKEÇİRMƏZ KERAMİKA YAPIŞDIRICISI (boz)

"HİDROYAP" White SUKEÇİRMƏZ KERAMİKA YAPIŞDIRICISI (ağ)

"MA Flex" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA Flex" White KERAMİKA YAPIŞDIRICISI (ağ)

"EKOMAT" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA Kontakt" TEZ TUTAN KERAMİKA YAPIŞDIRICISI (boz)

"PENABET" PENO-BETON YAPIŞDIRICI (boz)

"FASKER" 100 FASAD KERAMİK PLİTƏ YAPIŞDIRICISI (toz)

"FASKER" 200 FASAD KERAMİK PLİTƏ YAPIŞDIRICISI (toz+maye)

"EPOKS" 100 White EPOKSİD ƏSASLI KERAMİKA YAPIŞDIRICISI

"EPOKS" 100 EPOKSİD ƏSASLI KERAMİKA YAPIŞDIRICISI