ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FasMazaik" MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜYÜ

Mineral mozaik siva

Məhsul haqqında

Tərkibində xüsusi maddələr olan, daxili və xarici səthlərdə istifadə olunan dekorativ-mozaika suvağıdır.

İstifadə sahələri

Bu fasad örtüyündən:

  • binaların daxili və xarici divarlarında;
  • suvaq, beton, taxta, panel və s. səthlərdə istifadə olunur.

Üstünlükləri

  • səthə mükəmməl yapışır;
  • Yağış, nəm, günəş şuaları və s. kəskin hava şəraitlərinə dözümlüdür;
  • dəniz sahillərindəki nəmə qarşı davamlıdır;
  • elastikdir, çatlamır, tökülmür;
  • müqaviməti çox yüksəkdir;
  • yuyulabiləndir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yağ, pas, parafin və digər yapışmağa mane olan hər növ qalıqlardan təmizlənməlidir. Səthdəki çatlar və çuxurlar FİLKRET və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə düzəldilməlidir. Səth BİNMADER və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli astarla astarlanmalı və astar quruduqdan sonra dekorativ suvaq səthə çəkilməlidir.

Qarışığın hazırlanması. Dekorativ suvağı aşağı dövriyyəli qarışdırıcı ilə tam şəkildə qarışdırın. İstifadə olunan məhsulun qatılığını nizamlamaq üçün az miqdarda su əlavə edin (ən çoxu məhsulun 1 %-i qədər).

Tətbiqi. Dekorativ suvağı arasında hava boşluğu qalmamaq şərtilə paslanmayan metal mala ilə eni qalınlıqda eyni istiqamətə doğru çəkin və cilalayın.

Texniki göstəricilər

Qatı maddə miqdarı

~ 80 %

Sıxlığı

1,45 kq/litr

Qablaşdırma

25 kq-lıq plastik vedrə

Sərfiyyat

3,0 kq dekorativ suvaqla 1 m2 sahəni 2 mm qalınlıqda suvamaq olar.

Saxlama müddəti və qaydası

Açılmamış qablarda, quru şəraitdə 24 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə  qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun  müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər  istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə  “Mətanət  A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!