ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ KERAMİKA YAPIŞDIRICILARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"EPOKS" 100 EPOKSİD ƏSASLI KERAMİKA YAPIŞDIRICISI

(Komponent A+Komponent B)

Məhsul haqqında

Epoksid qatran əsaslı, keramika, mərmər, qranit, turşuya davamlı keramika, şüşə mozaika və şüşə kərpic kimi məhsulların yapışdırılmasında istifadə olunan, kimyəvi maddələrə (turşulara) və bakteriyalara qarşı davamlı, rahat istifadə olunan, su ilə təmizlənə bilən, istifadəyə hazır yapışdırıcı məhluldur.

AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.

İstifadə sahələri

Bu keramika yapışdırıcısı:

  • hər növ qida istehsalı müəssisələrində, ət və balıq sənayesində, qəssabxanalarda;
  • dərman, boya, kağız, akkumulyator və gübrə sənayesində;
  • mətbəələrdə və camaşırxanalarda;
  • sənaye obyektlərinin mətbəxlərində və yeməkxanalarda;
  • hər növ gigiyenik qaydaların gözlənildiyi xəstəxanalarda;
  • üzgüçülük və termal hovuzlarda;
  • su tullantılarının axıdılması və təmizlənməsi müəssisələrində;
  • piyadaların sıx toplandığı alış-veriş mərkəzlərində, terminallarda və s. yerlərdə;
  • daxili və xarici məkanlardakı beton, suvaq, metal kimi səthlərə keramika, mərmər, qranit, turşuya davamlı keramika, çini keramika, şüşə mozaika və kafel kimi məhsulların yapışdırılmasında istifadə olunur.

Üstünlükləri

  • kimyəvi maddələrə, turşulara, qələvilərə, yağlara, qida və məişət tullantıları sularına, kimyəvi tullantı sularına qarşı davamlıdır;
  • antibakterial xüsusiyyətə malikdir;
  • kif, göbələk və bakteriya yaratmır;
  • mexaniki davamlılığı yüksəkdir;
  • şaxtaya və istiliyə qarşı davamlıdır;
  • içməli su ilə təmasda olan yerlərdə istifadə oluna bilər.

İstifadə qaydaları

Səthin hazırlanması. Üzlük plitələr yapışdırılacaq beton və digər səthlər möhkəm olmalı və hər növ çirkdən təmizlənməlidir. Metal səthlər isə pasdan və çirkdən tamamilə təmizlənmiş vəziyyətdə olmalıdır.

Qarışığın hazırlanması. İstifadə zamanı EPOKS 100 məhlulunun hər iki komponentini bir-birinə qarışdıraraq eynicinsli tərkib əmələ gələnə qədər 400-600 dövr/dəqiqəli qarışdırıcı vasitəsilə ən azı 3 dəqiqə qarışdırın.

Tətbiqi. EPOKS 100 məhlulunu sement əsaslı keramika yapışdırıcıları kimi tətbiq edin. Məhsulu qarışdırdıqdan sonra müvafiq dişli-daraqlı mala ilə səthə çəkin və daraqlayın. Daraqlanmış səthlərə keramikaları yapışdırı.

Çətin yayılan zəminlərdə və ağır yüklərin yerləşdiriləcəyi məkanlarda yapışdırılma işi aparılacaq sahəyə malanın düz tərəfi ilə məhlulu incə bir qat şəklində yayın, sonra üzərinə yenidən epoksid qatranlı yapışdırıcı yayın və mala ilə daraqlayın. Daraqlı mala ilə məhlulu yaxdıqdan sonra keramikaları sürətlə yapışdırın. Qurumağa başlayan məhlulun üzərinə keramika yapışdırmayın.

Tövsiyələr. EPOKS 100 məhlulu müvafiq qarışdırma qurğusu vasitəsilə qarışdırılmalıdır. Əl və ya mala ilə qətiyyən qarışdırılmamalıdır. Tərkibində epoksid qatran məhlulu olan məhsulların istifadə və bərkimə müddətləri mühitin temperaturundan asılıdır. Ən sərfəli istifadə temperaturu +100C ÷+200C–dir. Hazır EPOKS 100 məhlulu qarışığına su və yeni məhlul əlavə edilməməlidir. İstifadədən sonra işlədilən alət və ləvazimatlar yuyucu toz əlavə olunmuş isti su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

Tərkibi:

  • A komponenti
  • B komponenti

 

epoksid əsaslı qatran (yapışdırıcı)

epoksid əsaslı sərtləşdirici

Möhkəmlik həddi:

  • sıxılmada
  • əyilmədə

 

> 42 MPa

> 28 MPa

İstifadə müddəti

45 dəqiqə

Açıq şəkildə saxlama müddəti

20 dəqiqə

Qopma müqaviməti

> 2,6 N /mm2

Piyadalar üçün istifadəyə verilmə müddəti

7 gündən sonra

Qablaşdırma:

  • A komponenti
  • B komponenti

 

5 kq-lıq dəmir qablarda

0,2 kq-lıq dəmir qablarda

Sərfiyyat

1 mm qalınlıq üçün təxminən 1,7 kq/m2 təşkil edir.

Saxlama müddəti və qaydası

Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə, donmadan qorunmaq şərti ilə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • materialın tətbiq olunduğu səth istifadəyə verilənə kimi tətbiq olunan yeri havalandırın;
  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhlulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, əks halda dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər maddənin udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"MƏTANƏT A" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA WHİTE" MOZAİKA YAPIŞDIRICISI (ağ)

"QRANİYAP dry" MƏRMƏR-QRANİT YAPIŞDIRICISI (boz)

"QRANİYAP dry" White MƏRMƏR-QRANİT YAPIŞDIRICISI (ağ)

"HİDROYAP" SUKEÇİRMƏZ KERAMİKA YAPIŞDIRICISI (boz)

"HİDROYAP" White SUKEÇİRMƏZ KERAMİKA YAPIŞDIRICISI (ağ)

"MA Flex" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA Flex" White KERAMİKA YAPIŞDIRICISI (ağ)

"EKOMAT" KERAMİKA YAPIŞDIRICISI (boz)

"MA Kontakt" TEZ TUTAN KERAMİKA YAPIŞDIRICISI (boz)

"PENABET" PENO-BETON YAPIŞDIRICI (boz)

"FASKER" 100 FASAD KERAMİK PLİTƏ YAPIŞDIRICISI (toz)

"FASKER" 200 FASAD KERAMİK PLİTƏ YAPIŞDIRICISI (toz+maye)

"EPOKS" 100 White EPOKSİD ƏSASLI KERAMİKA YAPIŞDIRICISI