ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"UnterMix 1162 AL" YAŞ VƏ QURU PÜSKÜRTMƏ BETON ÜÇÜN YENİ NƏSİL

Məhsul haqqında

Qələvi qəbul etməyən, yüksək məhsuldarlığa malik, ənənəvi səth sərtləşdiricilərinə nisbətən son mərhələdə daha yüksək möhkəmlik verən, yaş və quru püskürtmə beton üçün yeni nəsil sərtləşməni surətləndirən mayedir.

İstifadə sahələri

Bu sərtləşməni surətləndirən mayedən:

  • tunellərdə;
  • mədənlərdə;
  • qaya səthlərin müvəqqəti və uzunmüddətli bərkidilməsində;
  • bir dəfəyə daha qalın qatın işlənməsi lazım olan püskürtmə beton istifadəsində;
  • ilkin və son yüksək möhkəmliyin əldə olunması lazım gələn bütün püskürtmə beton sahələrində istifadə olunur.

Üstünlükləri

  • tunellərdəki tavanların bərkidilməsində tez sərtləşmə qabiliyyəti sayəsində bir dəfəyə qalın qatlar halında püskürtmə betonun istifadəsinə imkan verir;
  • ənənəvi sərtləşmə surətləndiriciləri ilə müqayisədə sıxılmada möhkəmliyi 15-20 % yüksəkdir;
  • püskürtmə aparatı vasitəsilə sərtləşməni surətləndirən maye havanın köməyi ilə asanlıqla püskürtülür.
  • tozsuz və təhlükəsizdir;
  • ənənəvi sərtləşmə sürətləndiriciləri kimi qələvi qəbul etmədiyindən ötəri dəri yanmaları, görmə çətinliyi kimi sağlamlıq problemlərinin qarşısını almaqla işin təhlükəsizliyini və keyfiyyətini artırır;
  • ənənəvi kostik alüminat əsaslı sərtləşmə sürətləndiricilərinin istifadəsi zamanı aşkara çıxan kimyəvi yeraltı suları çirkləndirdiyi halda UnterMix 1162 bu riski minimuma endirir;
  • aşağı dozalarda da yüksək məhsuldarlıq və qənaət əldə olunur.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan hər növ yağ, pas, parafin və digər qalıqlardan yaxşıca təmizlənməli və səthdə heç bir qalıq qalmamalıdır. Yapışma müqavimətinin saxlanılması üçün səth yüksək təzyiqli su ilə təmizlənməli və nəm halda ikən məhsul tətbiq olunmalıdır.

Sementin seçilməsi. Bərkimə müddətinə mənfi təsirin olmaması üçün təzə sementdən istifadə olunmalıdır. Püskürtmə betonun tez bərkiməsi məqsədilə portlantsementdən istifadə olunması tövsiyə olunur.

Qarışığın hazırlanması. Püskürtmə betonun su/sement nisbəti 0,45-dən aşağı olmalıdır. Bu nisbətin aşağı olması sərtləşmənin tezləşməsinə, yüksək dərəcədə ilkin və son möhkəmliyin əldə olunmasına, aşağı sərtləşdirici miqdarı ilə daha qənaətcil şəkildə tavanda qalın qatların əldə olunmasına imkan yaradır.

Tətbiqi. Yaş sistem püskürtmə beton istifadəsində UnterMix 1162 nasos vasitəsilə ayrı bir xortumla betona əlavə edilir. Quru sistem püskürtmə beton istifadəsində isə UnterMix 1162 istifadədən əvvəl su ilə uyğun nisbətdə qarışdırılır. Qarışıq ayrı bir xortumdan quru beton qarışığına püskürtmə aparatı vasitəsilə əlavə edilir.

Digər qatqı maddələri ilə uyğunlaşması

UnterMix 1162 məhsulu aşağıdakı məhsullarla uyğun şəkildə istifadə oluna bilər:

  • Floton seriyalı super plastifikatorlarla birlikdə;
  • Bematon seriyalı ən yeni nəsil super plastifikatorlarla birlikdə;
  • kvars qumu, vulkan külü və şlak kimi mineral qatqılarla birlikdə.

Texniki göstəricilər

Rəngi

şəffaf, qəhvəyi

Məhsulun tərkibi

alüminium hidroksid

Sıxlığı

1,37 kq/litr

Turşuluq göstəricisi (pH)

2,5

Xlorun miqdarı (EN 480-10)

~ 0,1%

Qablaşdırma

10 kq-lıq bidon, 200 kq-lıq çəllək

1000 kq-lıq çən, xüsusi çənləri olan maşınlar

Sərfiyyat

UnterMix 1162 məhsulunun sərfiyyatı betonun, havanın və səthin istiliyindən asılıdır. Digər vacib bir amil isə məhsulun istifadə olunan sement ilə uyğunlaşmasıdır. Bunun üçün uyğun sərfiyyatı müəyyən etmək məqsədilə əvvəlcədən sınaqlar aparılmalıdır.

UnterMix 1162 məhsulu istifadə yerindən, bərkimə müddətindən və davamlılığından asılı olaraq mineral yapışdırıcı maddələrin kütləsinin (sement, vulkan külü, kvars qumu, şlak) 3-8%-i arasında istifadə oluna bilər. Göstərilən sərfiyyatdan kənara çıxmalar olarsa, son möhkəmlik həddi aşağı düşə bilər.

Saxlanma müddəti və qaydası

+50 C–dən yuxarı temperatur şəraitində saxlanılmalıdır. Məhsul donduğu halda homogen halına gəlincəyə qədər mexaniki qarıçdırıcı ilə qarışdırılmalıdır. Saxlanma müddəti istehsal tarixindən etibarən 3 aydır.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşərsə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"UnterMix 1580 AL" PÜSKÜRTMƏ ÜSULU İLƏ VURULAN BETONUN QURUMASINI SÜRƏTLƏNDİRƏN QURU QARIŞIQ