ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"UnterMix 1580 AL" PÜSKÜRTMƏ ÜSULU İLƏ VURULAN BETONUN QURUMASINI SÜRƏTLƏNDİRƏN QURU QARIŞIQ


Məhsul haqqında

UnterMix 1580 Al püskürtmə betonun qurumasını sürətləndirən məhsuldur.

İstifadə sahələri

Bu məhsuldan:

  • tunellərdə;
  • mədənlərdə;
  • qaya səthlərin müvəqqəti və üzunmüddətli bərkidilməsində;
  • erkən və son yüksək müqavimət almaq üçün istənilən püskürtmə beton növlərinin tətbiqində;
  • təmir işlərində istifadə olunur.

Üstünlükləri

  • tez bərkiməsi sayəsində 10-15 sm-lik təbəqələrin bir dəfəyə püskürdülməsinə imkan verir;
  • xüsusi formulu sayəsində ilkin yüksək müqavimət əldə edilir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth yapışmağa mane olan hər növ yağ, pas, parafin və digər qalıqlardan yaxşıca təmizlənməli və səthdə heç bir qalıq qalmamalıdır. Yapışma müqavimətinin saxlanılması üçün səth yüksək təzyiqli su ilə təmizlənməli və nəm halda ikən məhsul tətbiq olunmalıdır.

Sementin seçilməsi. Bərkimə müddətinə mənfi təsirin olmaması üçün təzə sementdən istifadə olunmalıdır. Püskürtmə betonun tez bərkiməsi məqsədilə portlantsementdən və ya sulfata davamlı sementdən istifadə olunması tövsiyə olunur.

Qarışığın hazırlanması. İstifadə zamanı bərkiməni sürətləndirmək məqsədilə sementə əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmuş miqdarda UnterMix 1580 Al məhsulu əlavə edin. UnterMix 1580 Al məhsulu birbaşa transmikserdəki qarışığa əlavə edildiyi halda fraksiyalar (sement, kvars qumu və s.) quru deyilsə, sementin hidratasiyası başlayacaq və transmikserdəki betonda ayrı-ayrı kündələr meydana gələcəkdir. İstifadə zamanı operator tərəfindın təyin olunan optimal su miqdarı bu çatışmazlıqları aradan qaldırır. Buna görə də quru beton qarışığına hidratasiyaya bəs edecək miqdarda su əlavə edilməlidir.

Suyun az olduğu hallarda püskürmə betonun bərkimə müddəti qısalır, suyun çox olduğu hallarda isə püskürtmə betonun bərkimə müddəti uzanır.

Tətbiqi. Qarışıq rotorlu beton püskürtmə aparatı vasitəsi ilə səthin üzərinə püskürdülməlidir.

Texniki göstəricilər

Rəngi

bej (sarıya çalan açıq-qəhvəyi)

Tökmə həcm kütləsi

0,9-1,0 kq/litr

Turşuluq göstəricisi (pH)

~11,0

Xlorun miqdarı (EN 480-10)

~ 0,1%

Qablaşdırma

15 kq-lıq kisə

Sərfiyyat

UnterMix 1580 Al məhsulunun sərfiyyatı betonun, havanın və səthin istiliyindən asılıdır. Digər vacib bir amil isə məhsulun istifadə olunan sement ilə uyğunlaşmasıdır. Bunun üçün uyğun sərfiyyatı müəyyən etmək məqsədilə əvvəlcədən sınaqlar aparılmalıdır.

UnterMix 1580 Al quru qarışığı istifadə yerindən, bərkimə müddətindən və davamlılığından asılı olaraq mineral yapışdırıcı maddələrin kütləsinin (sement, vulkan külü, kvars qumu, şlak) 4-8%-i arasında istifadə oluna bilər. Göstərilən sərfiyyatdan kənara çıxmalar olarsa, son möhkəmlik həddi aşağı düşə bilər.

Saxlanma müddəti və qaydası

Açılmamış orijinal qablarda +50C–+400C temperatur şəraitində, üst-üstə üç cərgə olmaqla 6 ay saxlanıla bilər. Uzun müddətli saxlanıldıqda məhsul üst-üstə qoyulmamalıdır. Açılmış qablar uyğun saxlama şəraitində 1 həftə ərzində istifadə olunmalıdır.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşərsə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"UnterMix 1162 AL" YAŞ VƏ QURU PÜSKÜRTMƏ BETON ÜÇÜN YENİ NƏSİL