ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"F-pas Dry" İNCƏ ÜZLÜK MƏCUNU

Püskürtmə tapançası ilə vurulur

Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, fasad üçün nəzərdə tutulmuş teksturalı səthlər yaradan bəyaz rəngli, toz halında məhsuldur.

İstifadə sahələri

Bu məhsuldan:

  • xarici və daxili məkanlarda şaquli səthlərdə;
  • sement əsaslı suvaq ilə suvanmış səthlərdə;
  • XPS (sıxlaşdırılmış polistren köpüyü), EPS (genişləndirilmiş polistren köpüyü), daş yunu (preslənmiş mineral pambıq tavalar) və poliuretan tavalarla üzlənmiş səthlərdə istifadə olunur.

Üstünlükləri

  • yüksək bağlayıcılıq xüsusiyyətinə malikdir;
  • ultrabənövşəyi şualara və şaxtaya qarşı dayanıqlıdır;
  • elastik olduğundan divarda çatlar yaranmır;
  • yağışa, rütubətə və nəmə qarşı son dərəcə dayanıqlıdır;
  • boya görünüşünü uzun müddət qoruyub saxlayır;
  • ekoloji cəhətdən təmizdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə 3 mm-dən dərin çatlar və qusurlar olduqda F-pas Dry tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə təmir edilməlidir. İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya BİNMADER və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq F-pas Dry məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl mikseri ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Hazır məcunu fasada çiləyici əl tapancası ilə tətbiq edin. 10-15 dəqiqədən sonra səthə tətbiq olunmuş məcunu xüsusi tinerə (məcunun vərdənəyə yapışmaması üçün) salınmış dəmir və ya plastik vərdənə ilə əzməklə dekorativ görünüş yaradın. Hazırlanmış qarışıq maksimum 3 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir.

Fpas Dry su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır. Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır.

Tövsiyələr. F-pas Dry istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

bəyaz

İstifadə temperaturu

+50C ÷+300C

Su/toz nisbəti

7,5-8,0 litr su/20 kq toz

İstifadə müddəti

3 saat

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,974 kq/l
1,72 kq/l

Tam quruma müddəti

24 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələr

Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər.

Sərfiyyat

Səthdən asılı olaraq 1 m2 səthdə 0,8-1,0 kq qarışıq sərf olunur.

Saxlama müddəti və qaydası

Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 10 cərgə olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar:

  • F-pas Dry qarışığının hazırlanmasında istifadə olunan suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • qarışığa heç bir əlavə kimyəvi maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FasNatural 100" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİNIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 200" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİN -AĞLAY DAŞININ YARADILMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 300" PADUQALARIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 400" QƏLİBLƏRDƏ TÖKMƏ ÜSULU İLƏ BƏZƏK MƏMULATLARININ HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"ŞPAK-F" İNCƏ ÜZLÜK MƏCUNU

"FasMineral" DEKORATİV FASAD ÖRTÜYÜ