ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FasNatural 400" QƏLİBLƏRDƏ TÖKMƏ ÜSULU İLƏ BƏZƏK MƏMULATLARININ HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan bəzək və üzlük daş kompozitlərinin yaradılması üçün istifadə olunan toz məhsuludur.

TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • qəliblərdə tökmə üsulu ilə bəzək məmulatlarının hazırlanmasında;
  • memarlıq işlərinin görülməsində;
  • yerdə bəzəkli daşların düzəldilməsində istifadə olunur.

Üstünlükləri

  • aqlay daşından hazırlanmış bəzək məmulatlarını əvəz edir;
  • su hopmur;
  • şaxtada çatlamır;
  • məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;

İstifadə qaydaları

Səthin hazırlanması. FasNatural 400 məhsulu qəliblərə tökülməmişdən öncə qəliblər təmizlənməli və MaOil 100 qəlib yağı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul ilə yağlanmalıdır.

Qarışdırılması. 25 kq-lıq FasNatural 400 məhsulu içərisində 5,0-5,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır.

Hazırlanan qarışıq 7 dəqiqə ərzində istifadə olunmalıdır.

Tətbiqi. İstənilən bəzəkli daş kompozitləri düzəltmək üçün hazırlanmış FasNatural 400 qarışığı tökmə üsulu ilə qəliblərə tökülür və məhsulun artıq qalan hissəsi sıyrılıb götürülür .

1 saatdan sonra qəlib açılır və hazır məmulatlar qəlibdən çıxarılır.

Digər tərəfdən qədim memarlıq abidələrinin fasadında təbii daşların sınmış, tökülmüş və digər problemlərini FasNatural 400 qarışığı ilə bərpa etmək mümkündür.

Tövsiyələr. FasNatural 400 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki xüsusiyyətləri

Rəngi

bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində)

İstifadə temperaturu

+50C - +300C

Su/quru qarışıq

5,0 - 5,5 litr su /25 kq quru qarışıq

İstifadə müddəti

20 dəqiqə

Sıxılmada möhkəmlik həddi:

  • havada quru halda, az olmamalı
  • su hopdurulmuş halda, az olmamalı

11,0 MPa
7,5 Mpa

Şaxtayadavamlılıq markası

F 25-dən az olmamalı

Qablaşdırma

3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə

Sərfiyyat

Qəliblərin ölçülərindən asılı olaraq sərfiyyat dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FasNatural 400 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Мətanət А" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FasNatural 100" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİNIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 200" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİN -AĞLAY DAŞININ YARADILMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 300" PADUQALARIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"ŞPAK-F" İNCƏ ÜZLÜK MƏCUNU

"F-pas Dry" İNCƏ ÜZLÜK MƏCUNU

"FasMineral" DEKORATİV FASAD ÖRTÜYÜ