ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"FasNatural 300" PADUQALARIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

Məhsul haqqında

Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı izolyasiya lövhələrininüzərinə çəkilməklə dekorativ paduqaların hazırlanması üçün istifadə olunan toz məhsuludur.

TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • İzolyasiya lövhələrinin üzərinə avtomatik və ya da mexaniki üsullarla çəkməklə paduqaların (pəncərələrin qırağı, altlıqları və s. yerlər üçün) hazırlanmasında istifadə olunur.

Üstünlükləri

  • aqlay daşını əvəz edir;
  • su hopmur;
  • şaxtada çatlamır;
  • daha ucuz başa gəlir;
  • məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir;
  • hazır paduqaların çəkisi yüngüldür.

İstifadə qaydaları

Səthin hazırlanması. FasNatural 300 tətbiq olunmazdan öncə tələb olunan dekorasiyaya uyğun istilik izolyasiya lövhələrindən paduqalar hazırlanmalıdır.

Qarışdırılması. 25 kq-lıq FasNatural 300 məhsulu içərisində 5,5-6,0 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.

Tətbiqi. Hazırlanmış FasNatural 300 qarışığı xüsusi avadanlıqla avtomatik olaraq və ya əl ilə istilik izolyasiya lövhələrindən hazırlanmış paduqaların üzərinə tökülür və paduqanın ölçülərinə uyğun olan şablon vasitəsilə FasNatural 300 məhsulu istilik izolyasiya lövhələrindən hazırlanmış paduqaların üzərinə çəkilir və paduqalar hazırlanır. Hazır paduqalar 7 gündən sonra cilalanır. FasNatural 300 məhsulunun çəkilməsi və cilalanması həm avtomatik,həm də mexaniki üsullarla həyata keçirilə bilər.

Tövsiyələr.
FasNatural 300 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində)

İstifadə temperaturu

+50C - +300C

Su/quru qarışıq

5,5-6,0 litr su /25 kq quru qarışıq

İstifadə müddəti

80 dəqiqə

Örtüyün qalınlığı

3-5 mm

Sıxılmada möhkəmlik həddi:

  • havada quru halda
  • su hopdurulmuş halda

11,0 Mpa-dan az olmamalı 7,5 Mpa-dan az olmamalı

Şaxtayadavamlılıq markası

F 25-dən az olmamalı

Qablaşdırma

3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə

Sərfiyyat

Paduqaların ölçülərindən asılı olaraq FasNatural 300 quru qarışığının sərfiyyatı dəyişkəndir.

Saxlama müddəti və qaydası

Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • FasNatural 300 qarışığının qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və gözə düşdükdə dərhal su ilə yuyun;
  • İstifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Мətanət А" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Мətanət А" şirkəti məsuliyyət daşımır;
  • Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"FasNatural 100" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİNIN HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 200" FASADDA DEKORATİV ÜZLÜK PLİTƏLƏRİN -AĞLAY DAŞININ YARADILMASI ÜÇÜN QURU QARIŞIQ

"FasNatural 400" QƏLİBLƏRDƏ TÖKMƏ ÜSULU İLƏ BƏZƏK MƏMULATLARININ HAZIRLANMASI ÜÇÜN QURU QARIŞIQ

"ŞPAK-F" İNCƏ ÜZLÜK MƏCUNU

"F-pas Dry" İNCƏ ÜZLÜK MƏCUNU

"FasMineral" DEKORATİV FASAD ÖRTÜYÜ