ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ GİPS ƏSASLI MƏHSULLAR
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"AĞDAĞ" Gips

İNŞAAT GİPSİ Lepka və paduqalar üçün

Məhsul haqqında

Təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli inşaat gipsidir.

AZS 046 (TS 370) standartına uyğundur.

İstifadə sahələri

  • tikililərin daxilində inşaat məqsədilə;
  • lepka və paduqaların hazırlanılmasında;
  • gips lövhə və arakəsmə gips tavalarının hazırlanmasında istifadə olunur.

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • çatlamır;
  • möhkəmdir;
  • istiliyi və səsi izolyasiya edir;
  • temperatura davamlıdır və ekoloji cəhətdən təmizdir;
  • insan orqanizmi üçün zərərsizdir;
  • təbii gips parlaqlığına malikdir.

İstifadə qaydaları

Səthin hazırlanması. Lepka (dekorativ gips məmulatı) və paduqaları yapışdırmazdan əvvəl divar və tavan səthlərin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səthi yapışmağa mane olan qalıqlardan təmizlədikdən sonra hamar və düz səth almaq üçün AĞDAĞ astar və AĞDAĞ üzlük şpatklyovkalarından və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir məhsullarından divar və tavanın suvanmasında istifadə edilməlidir.

Qarışdırılması.10 kq-lıq AĞDAĞ Gips–i 30 saniyə ərzində hissə-hissə 6,5-7,0 litr suya səpin və 2-3 dəqiqə ərzində xüsusi qarışdırıcı və ya əl aləti ilə qarışdırın.

Tətbiqi. Alınan qarışıqdan binaların daxilində inşaat məqsədi ilə, dekorativ gips məmulatların (lepka və paduqa) hazırlanmasında, arakəsmə gips tavaların və lövhələrin hazırlanmasında istifadə edin. Hazırlanmış qarışığı 8-10 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş qarışığı istifadə etməyin.

Tövsiyələr. İstifadə zamanı mühitin və səthin temperaturu minimum +50C olmalıdır. AĞDAĞ Gipsin istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır. Çirkli qablar və alətlər qarışığın işləmə müddətini qısaldır.

Dekorativ məmulatlar hazırlanarkən kəndir və ya süni liflərdən istifadə edilməsi tövsiyə olunur. Gipsin daxilinə kəndir və ya xüsusi liflər yerləşdirməklə məmulatların sınma və qırılma riskini azaltmaq mümkündür.

Texniki göstəricilər

Rəngi

İstifadə temperaturu

+50 C÷+30 0C

Bərkimə müddəti:

  • başlanğıc
  • son

8 -10 dəqiqə
15 -20 dəqiqə

Yayılma miqyası

120 -180 mm

Su udma qabiliyyəti

34 -36 %

Su/gips nisbəti

6,5 -7,0 litr su/10 kq gips

Quruma müddəti

təqribən 1 gün

Möhkəmlik həddi:

  • əyilmədə
  • sıxılmada

4,5 Mpa
10,0 MPa

  • Quru halda məhsulun tökmə sıxlığı
  • İstifadəyə hazır məhlulun sıxlığı

0,64 kq/ litr

1,48 kq/ litr

Səthin möhkəmliyi

120-125 Shore D

Qablaşdırma

30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə

Sərfiyyat

Sərfiyyatı dəyişkəndir. İstifadə zamanı itkinin olmamasına görə eyni çəkili digər gipslərlə müqayisədə quru litrə ağırlığı az olduğuna görə AĞDAĞ Gips daha məhsuldar olub, 5% daha artıq lepka və paduqa hazırlamağa imkan verir. Bu da 100 kisə 30 kq-lıq AĞDAĞ Gips üçün 150 kq qənaət deməkdir.

Saxlanma müddəti və qaydası

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • AĞDAĞ Gips istifadə olunan zaman suyun, qabların təmiz olmasına xüsusi diqqət edin;
  • gipsə sudan başqa heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan sınaqlar nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • Texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"AĞDAĞ"Astar GİPS VƏ PERLİT ƏSASLI ASTAR ŞPATKLYOVKASI (alçı)

"AĞDAĞ"Üzlük GİPS ƏSASLI ÜZLÜK ŞPATKLYOVKASI (alçı)

"AĞDAĞ" MONOMATİK GİPS VƏ PERLİT ƏSASLI MAKİNA VƏ ƏL SUVAĞI

"AĞDAĞ" DİREK GİPS VƏ PERLİT ƏSASLI ASTAR SUVAĞI

"AĞDAĞ"KARTONPİYER (alçı)

"AĞDAĞ" Gips incə