ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"TRİNOLA" 1 KLİNKERİN ÜYÜDÜLMƏSİNİ İNTENSİVLƏŞDİRƏN VƏ HİDROFOBLUQ


Məhsul haqqında

Hər növ sement istehsalında istifadə edilən, istehsal məhsuldarlığını artıran və yüksək keyfiyyətli sement istehsalına imkan verən, klinkerin üyüdülməsini intensivləşdirən kimyəvi sement qatqısıdır.

İstifadə sahələri

Bu məhsuldan:

  • adi potlandsement istehsalında;
  • müxtəlif çeşidli (plastikləşdirilmiş, hidrofob, turşuyadavamlı, əlvan, tezbərkiyən və s.) portlandsement istehsalında;
  • hidravlik yapışdırıcı maddələrin (hidravlik əhəng və romansement) istehsalında istifadə olunur.

Üstünlükləri

  • istehsal məhsuldarlığını artırır;
  • üyütmə xərclərini azaldaraq enerji istehlakına qənaət edir;
  • hava seperatorunun məhsuldarlığını artırır;
  • sementin ilk və son müqavimətlərini 15-20% artırır;
  • sementin su tələbatını 2%-dək azaldır.

İstifadə qaydaları

Tətbiqi. Trinola 1 məhsulunu dəqiqləşdirilmiş (elektron) tərəzi ilə çəkdikdən sonra istifadə edin. Tövsiyə olunan miqdarda qatqını klinker dəyirmanının I və ya II bölümündə sistemə, ya da birbaşa klinkeri sistemə aparan transportyorun üzərinə damcılatmaqla istifadə edin.

Texniki göstəricilər

Rəngi

qəhvəyi

Sıxlığı

1,14 kq/l

Xlorun miqdarı

0,1 %

Qablaşdırma

10 kq-lıq bidon, 200 kq-lıq çəllək,
1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar

Sərfiyyat

1 ton sement istehsalı üçün 0,4-2,0 kq istifadə oluna bilər. İlkin laboratoriya tədqiqatlarına əsasən sərfiyyat dəyişə bilər.

Saxlama müddəti və qaydası

+50C - +300C temperaturda açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • dəriyə və gözə düşərsə dərhal su ilə yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"BENAFTON" KLİNKERİN ÜYÜDÜLMƏSİNİ İNTENSİVLƏŞDİRƏN, BETONUN AXICILIĞINI VƏ TUTMA MÜDDƏTİNİ ARTIRAN QATQI

"TRİNOLA" 2 KLİNKERİN ÜYÜDÜLMƏSİNİ İNTENSİVLƏŞDİRƏN VƏ HİDROFOBLUQ