ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ BETON QATQILARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"BEMATON" ZES 3035 SIFIR ENERJİ SİSTEMİ İLƏ İŞLƏYƏN, YÜKSƏK MİQDARDA SUAZALDICI

Məhsul haqqında

BEMATON ZES 3035 polikarboksilli efir əsaslı, yüksək miqdarda suazaldıcı, erkən və yekunda yüksək davamlılığa və müqavimətə ehtiyac duyulan hazır beton sənayesi üçün təkmilləşdirilmiş, ən yeni nəsil super plastifikatorlu (axıcı) beton qatqısıdır.

AZS 221-2006 (TS EN 934-2) Cədvəl 3.1, 3.2 və Cədvəl 7: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu beton qatqısı”

ASTM C 494 Tip F: “Yüksək miqdarda suazaldıcı, ən yeni nəsil super plastifikatorlu beton qatqısı” standartlarına uyğundur.

İstifadə sahələri

Bu beton qatqısı:

  • prekast və prefabrik beton istehsalında;
  • 18-24 saat və 28 gün ərzində yüksək müqavimət əldə olunan beton istehsalında;
  • ayrılmayan axıcı qatılığa malik olan Reoplastik prekast (yığma, zavod istehsalı olan) beton istehsalında istifadə olunur.

Üstünlükləri

  • prefabrik beton sənayesində;
  • ənənəvi super plastifikatorlarla (NSM və ya MSM) müqayisədə istifadə olunan betonun ilkin və son möhkəmliyini, çəkmə müqavimətini, polada yapışmasını, həmçinin keçirməzliyini və dayanıqlığını artırır;
  • betonun karbonatlaşmaya və xlor ionlarına qarşı müqavimətini, aqressiv kimyəvi maddələrə qarşı davamlılığını, soyuyarkən betonun sıxılma və dartılma kimi mexaniki xüsusiyyətlərini yaxşılaşdırır;
  • əlavəsiz betonla müqayisədə aşağı su/sement nisbətində istismar parametrlərini saxlamaqla ayrılma (hissələrə parçalanma) və qopma riski az olan Reoplastik beton əldə olunur;
  • prefabrik betonun istehsalında tökmə, sıxlaşma, sərtləşmə müddətini və temperaturunu azaldaraq lazımi enerjini minimuma endirir və beləliklə, maksimum qənaət əldə etməyə imkan verir;
  • qəlibli betonlarda əla bitişmiş səth əmələ gətirir;
  • tərkibində xlor yoxdur.

Sıfır Enerji Sistemi

Sıfır Enerji Sistemi ən yeni nəsil BEMATON ZES 3035 qatqısı yeni təkmilləşdirilmiş reodinamik beton texnologiyasının birləşməsidir. Prefabrik beton məhsulların istehsalı müddətində məhsulun keyfiyyətini və işləmə şərtlərini yaxşılaşdıran, enerjinin maya dəyərini azaldaraq qənaətli istehsalın həyata keçirilməsini təmin edən bir sistemdir.

İstifadə qaydaları

Qarışığın hazırlanması. Mineral yapışdırıcı maddələri (sement, kvars qumu, vulkan külü, şlak) və beton doldurucusunu eynicinsli qarışıq əldə olunana qədər qarışdırın. Suyun 50-70%-i əlavə olunduqdan sonra qalan su ilə birlikdə BEMATON ZES 3035-i qarışığa əlavə edin. BEMATON ZES 3035 -in qarışığın təkibində eynicinsli qaydada qarışmasını təmin etmək üçün qarışığı 60 saniyə və ya əvvəlcədən laboratoriya tədqiqatları ilə müəyyən edilmiş vaxt ərzində intensiv şəkildə qarışdırın.

Ən yeni nəsil super plastifikatorların kimyəvi mexanizmi. BEMATON ZES 3035-in xüsusi molekul quruluşu sementin hidratlaşmasını sürətləndirir. BEMATON ZES 3035 molekulunun sement dənəcikləri tərəfindən sürətlə sorulması (absorbsiyası) effektiv yayılma təsiri ilə bərabər sement dənəciklərinin səthini genişlədərək su ilə reaksiyasına yardım edir. Bu təsirin nəticəsi olaraq erkən (vaxtından əvvəl) hidratlaşma baş verir və sement vaxtından çox əvvəl genişlənərək yüksək davamlılıq əldə olunmasını təmin edir.

Digər qatqı materialları ilə uyğunlaşması. BEMATON ZES 3035 aşağıda göstərilən materiallarla birgə birlikdə istifadə oluna bilər:

  • bütün sement növləri ilə;
  • öz-özünə yerləşən betonun alınmasına ehtiyacın yarandığı hallarda mineral yapışdırıcı maddələrlə (kvars qumu, vulkan külü və şlak);
  • donmaya və əriməyə qarşı müqaviməti artırmaq üçün hava cəlbedici AntiAir 250 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla;
  • yüksək temperaturun və güclü hava axınının olduğu yerlərdə betonun daxilindəki qarışıq suyunun buxarlanmasının qarşısını almaq və betonun dözümlülüyünü artırmaq üçün MA Kür 100, MA Kür 200 və MA Kür 300 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli nəm saxlayan kür məhsullarından müvafiq olanı ilə istifadə oluna bilər;
  • BEMATON ZES 3035 FLOTON seriyalı (NSM əsaslı) qatqı maddələri ilə birgə istifadə oluna bilməz.

Texniki göstəricilər

Maddənin quruluşu

polikarboksilli efir əsaslı

Rəngi

qəhvəyi

Sıxlığı

1,06-1,07 kq/ litr

Tərkibindəki xlorun miqdarı (EN 480-10)

<0,1%

Tərkibindəki qələvinin miqdarı (EN 480-12)

<3,0%

Qablaşdırma

10 kq-lıq bidon (kanistr), 200 kq-lıq çəllək, 1000 kq-lıq fıçı, xüsusi çənlər olan maşınlar

+200C temperaturda, 50% rütubətlilik şərtləri altında əldə olunmuşdur.

Sərfiyyat

Sement kütləsinin 0,8-1,0%-i miqdarında istifadə olunması tövsiyə olunur. Betonun növündən və xüsusiyyətindən asılı olaraq qatqının miqdarı əvvəlcədən aparılan laboratoriya tədqiqatları ilə müəyyən olunmalıdır.

Saxlama müddəti və qaydası

Orijinal qablaşdırılmış BEMATON ZES 3035 mühit temperaturunun +50C-dən çox olduğu yerlərdə saxlanılmalıdır. Müvafiq şəraitdə saxlanılmayan maddə donduğu təqdirdə birbaşa sudan istifadə edilmədən otaq temperaturunda saxlayaraq maddə əriməli, eynicinsli vəziyyətə çatana qədər mexaniki üsullarla qarışdırılmalıdr. Qarışdırma mərhələsində təzyiqli havadan istifadə olunmamalıdır.

Müvafiq saxlama şərtlərinə uyğun olaraq istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizlik qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə təmas olarsa, dərhal güclü su şirnağı altında sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın;
  • FLOTON seriyasından (NSM əsaslı) olan qatqılarla birgə istifadə etməyin;
  • laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuş mineral yapışdırıcılarla (sement, kvars qumu, vulkan külü, şlak) incə və kobud (qaba) beton doldurucusunu eynicinsli quru bir qarışıq əldə olunana qədər qarışdırın. Quru qarışığa su əlavə olunmadan qatqı əlavə olunduğu halda qarışığın içində sorulacaq və bərabər paylanma əldə edilməyəcək. Suyun qalan hissəsi bunun üzərinə əlavə olunsa da, istənilən beton növü və onun xüsusiyyətləri əldə olunmayacaqdır. Qarışığa daha çox həcmdə su tələb olunsa da betonun dizaynı üçün nəzərdə tutulmuş əmsallardan kənara çıxılacaq və betonun mexaniki xüsusiyyətləri tələb olunan əmsaldan aşağı olacaqdır. Bu səbəbdən də beton qatqıları quru qarışığın üzərinə birbaşa əlavə olunmamalıdır;
  • BEMATON ZES 3035 beton qatqısı +150C-dən aşağı temperaturlarda istifadə olunarsa, sərtləşmə şərtləri daxilində (temperatur və müddət) sementin miqdarında lazımi düzəlişlərin edilməsi vacibdir;
  • BEMATON ZES 3035-i başqa kateqoriyadan olan əlavələrlə qarışdırdıqda keyfiyyəti aşağı düşür. Bu səbəbdən də saxlanma və qarışdırma avadanlıqları təmizləndikdən sonra bu əlavədən istifadə olunmalıdır.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"BEMATON" 3055 QƏLİBİN İÇİNDƏ BETONUN ƏLA YAYILMASINI TƏMİN EDƏN BETON QATQISI

"BEMATON" 3060 YÜKSƏK MÜQAVİMƏTLİ BETON İSTEHSALINDA İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2100 K SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2105 R İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2118 İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2161 SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" 2166 T VAXTINDAN ƏVVƏL QƏLİB ALINMASI LAZIM OLAN YERLƏRDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"FLOTON" PS 2025 İSTEHSALIN MƏHSULDARLIĞINI ARTIRAN BETON QATQISI

"FLOTON" MOD N TİKİNTİ YERİNDƏ İSTƏNİLƏN HAVA ŞƏRAİTİNDƏ BETONUN QATILIĞINI

"FLOMEL" S 100 SUPER PLASTİFİKATORLARIN MƏHLUL ŞƏKLİNDƏ DAŞINMASININ ÇƏTİNLİK YARANDIĞI YERLƏRDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" 1260 CN SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" 1250 ANTİFRİZ ŞAXTALI HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" MOD 1223 K SOYUQ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"OKETON" MOD 1223 S İSTİ HAVA ŞƏRAİTİNDƏ İSTİFADƏ OLUNAN BETON QATQISI

"AntiAir" 250 BETONA LAZIMI QƏDƏR HAVA CƏLB ETMƏK ÜÇÜN İSTİFADƏ OLUNAN BETON QATQISI