ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
İNŞAAT SİSTEMLƏRİ BOYA MƏHSULLARI
KERAMİKA YAPIŞDIRICILARI
ARALIQ DOLDURMA QARIŞIQLARI
TƏMİR VƏ ANKRAJ QARIŞIQLARI
HİDROİZOLYASİYA QARIŞIQLARI
İSTİLİK İZOLYASİYA MƏHSULLARI
GİPS ƏSASLI MƏHSULLAR
SEMENT ƏSASLI SUVAQ MƏHSULLARI
ƏHƏNGDAŞI ƏSASLI MƏHSULLAR
ƏHƏNG MƏHSULLARI
PVA YAPIŞQAN MƏHSULLARI
BOYA MƏHSULLARI
MİNERAL ƏSASLI DEKORATİV FASAD ÖRTÜKLƏRİ
ASTARLAR
SƏTH QORUMA VƏ SƏTH TƏMİZLƏMƏ MADDƏLƏRİ

"UniAstar" QORUYUCU FASAD ASTARI

Yüksək qatılığa malik

Məhsul haqqında

UniAstar - sopolimer akrilik əsaslı, birkomponentli, suhopma qabiliyyəti yüksək olan səthlər üçün astar məhsuludur.

İstifadə sahələri

Bu qoruyucu astardan:

  • daxili və xarici məkanlarda, üfüqi və şaquli səthlərdə;
  • alçı-karton plak, alçı suvağı, qaz-beton, əhəngli suvaq, DSP kimi suhopma qabiliyyəti yüksək olan səthlərin nəmdən qorunmasında;
  • məhsulların istifadə müddətini uzatmaq, səthin yapışma müqavimətini artırmaq və hava qabarcıqlarını azaltmaq məqsədi ilə;
  • səthə divar kağızı və ya boya çəkilməmişdən əvvəl;
  • suvaq, əhəngli suvaq, qaz-beton kimi suhopma qabiliyyəti yuksək olan səthlərə keramika və mərmər yapışdırılmazdan əvvəl;
  • yapışdırıcı məhsulun suyunun sürətlə çəkilməsinin və təbəqənin sonradan çatlayaraq tökülməsinin qarşısını almaq məqsədi ilə istifadə olunur.

Üstünlükləri

  • istifadəyə hazırdır;
  • istifadə olunacaq səthlərin qopub tökülməsinə və sonradan çatlar əmələ gəlməsinə yol vermir;
  • məhsuldarlığı artırır;
  • materialların sərfinə qənaət edir.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət edilməlidir. Səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından yaxşıca təmizlənməlidir.

Qarışığın hazırlanması. Şap və digər buna oxşar məhsulların istifadə müddətini uzatmaq, səthin yapışma müqavimətini artırmaq və hava qabarcıqlarını azaltmaq məqsədilə UniAstar məhsulunu 1/1 nisbətində su ilə qarışdırın.

Tətbiqi.
Hazırlanmış qarışığı fırça və ya vərdənə vasitəsi ilə səthə 1 qat şəklində çəkin. Gips əsaslı suvaq vurulmazdan əvvəl səthin suyu sürətlə çəkməsindən meydana gələ biləcək çatların qarşısını almaq və gips lövhələrə, qazbeton, qara suvaq, əhəngli suvaq və kərpic divarlara astar çəkilməsi məqsədilə UniAstardan birinci qatda ½ nisbətində, ikinci qatda isə 1/1 nisbətində su ilə qarışdıraraq fırça və ya vərdənə vasitəsi ilə səthə çəkin (Sərfiyyat: birinci qatda 80-125 qr/m2, ikinci qatda 100-150 qr/m2).

Tövsiyələr
. UniAstar məhsulunun istifadə olunduğu səthin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

açıq mavi

İstifadə temperaturu

+50C÷+300C

Quruma müdəti

2 saat

Sıxlığı

1 kq / litr

İkinci qatın çəkilməsi

2 saatdan sonra

Digər məhsulların istifadəsi

24 saatdan sonra

Qablaşdırma

1; 4 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat

Su / UniAstar: 1 /1 nisbətində 100-150 qr / m2
Su / UniAstar: 1 /2 nisbətində 80-125 qr / m2

Saxlama müddəti və qaydası

Açılmamış qablarda 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • UniAstar məhsulunun mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"ROKOL" SİNTETİK PARLAQ BOYA

"ROKOL" SİNTETİK MAT BOYA

"ROKOL" SİNTETİK ANTİPAS BOYA

"ROKOL" ALÜMİNİUM BOYA

"ROKOL" YOL CİZGİ BOYASI

"ROKOL" SİNTETİK LÜKS PARLAQ BOYA

"ROKOL" SİNTETİK SUPER MAT BOYA

"ROKOL" PARKE CAM CİLA

"ROKOL" YAT VERNİK (yaxta lakı)

"ROKOL" SİNTETİK TİNER

"ROKOL" PLUS

"ROKOL" SİL

"ROKOL" PLASTİK BOYA

"ROKOL" AKRİLİK DIŞ CEBHE BOYASI

"ROKOL" TEXTURE BOYA

"ROKOL" SUTUT

"ROKOL" SİLİKON BOYA

"F-pas" FASAD MƏCUNU

"ROKOL" SELLÜLOZİK DOLĞU VERNİK

"ROKOL" SELLÜLOZİK TİNER

"İzoFaslastik" QORUYUCU FASAD BOYASI

ROKOL SELLÜLOZİK PARLAQ VERNİK