ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
DÖŞƏMƏ SİSTEMLƏRİ EPOKSİD VƏ POLİÜRETAN ƏSASLI DÖŞƏMƏ ÖRTÜKLƏRİ
SEMENT ƏSASLI SƏTH SƏTHLƏŞDİRİCİLƏRİ
EPOKSİD VƏ POLİÜRETAN ƏSASLI DÖŞƏMƏ ÖRTÜKLƏRİ
ÖZÜ YAYILAN ŞAP MƏHSULLARI

"Staltop EX-50" Epoksid əsaslı,ikikomponentli, həlledicisiz səth sərtləşdiricisi

Məhsul haqqında

Epoksid əsaslı, həlledicisiz, ikikomponentli, şəffaf və rəngli səth sərtləşdiricisi məhsuludur.

İstifadə sahələri

Bu səth sərtləşdiricisindən:

  • kimya və tibb sənayesində;
  • qida və içki sənayesində;
  • steril otaqlarda;
  • laboratoriya və xəstəxanalarda;
  • nəzarət otaqlarında;
  • anbarlarda;
  • nüvə enerjisi obyektlərində;
  • termal və hidroelektrik stansiyalarda istifadə olunur.

Üstünlükləri

  • mexaniki və kimyəvi təsirlərə qarşı dayanıqlığı yüksəkdir;
  • antibakterial xüsusiyyətlərə malikdir;
  • gigiyenik şəraitlər üçün asan vasitədir;
  • təmizlənməsi asandır;
  • yapışma müqaviməti yüksəkdir;
  • çirklənmir.

İstifadə qaydaları

Səthin hazırlanması. Staltop EX-50 məhsulunun istifadə olunacağı səthlər əvvəlcədən ona uyğun Staltop astar məhsulu ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır. Staltop EX-50 şəffaf məhsulundan da astar kimi istifadə etmək olar. Məhsul əvvəlcədən astarlanmış səthin üzərini tam bağlayanadək istifadə olunmalıdır. Məhsuldan istifadə zamanı səthin istiliyi +50C-dən aşağı olmamalıdır.

Qarışığın hazırlanması. Qarışıq nisbəti nəzərə alınmaqla Staltop EX-50 məhsulu istifadəyə tam hazır şəkildə istehsal olunur. Qarışdırmağa başlamazdan əvvəl materialların temperaturunun +150C-lə +250C arasında olmasına əmin olmaq lazımdır. Staltop EX-50-nin A komponenti piqment tərkiblidir. Homogen rəng alınana qədər A komponentini 300-400 dövr/dəqiqəlik mexaniki qarışdırıcı ilə yaxşıca qarışdırın. Bundan sonra B komponentinin hamısını A komponentinin üzərinə boşaldın. Alınmış qarışığı 300-400 dövr/dəqiqəlik mexaniki qarışdırıcı ilə homogen bir qarışıq alınana qədər ən azı 3 dəqiqə qarışdırın. Qarışdırma qabının kənarlarındakı və dibindəki materiallar tamamilə qarışmalıdır. İlk qarışdırma qabındakı qarışığı digər bir dəmir qabın içərisinə tökərək bir müddət gözləyin. Sonra yenidən 1 dəqiqə qarışdırıb istifadə edin.

Staltop EX-50 səth sərtləşdiricisi istifadə olunmazdan əvvəl məhsul 1,0/1,5 və ya 1,0/2,0 nisbətində kvars qumu ilə qarışdırılaraq istifadə oluna bilər.

Qarışıq nisbəti

Staltop EX-50

Komponent A

Komponent B

Qarışıq miqdarı

6 kq

3 kq

Qarışığın sıxlığı

1,10 kq/l

Tətbiqi. Staltop EX-50 məhsulunu istənilən qalınlıq alınana qədər dişli mala ilə səthə çəkin. Şəraitdən asılı olaraq məhsul müəyyən qatılığa gəldikdən sonra kirpi vərdənə vasitəsilə havasını alın.

Tövsiyələr.
İstifadə zamanı səthin temperaturu +50C-lə +350C arasında olmalıdır. Çox isti, yağışlı və ya küləkli havalarda istifadə olunmamalıdır. Uyğun temperaturda aparılacaq işlərdə istifadə olunan materiallar 1-2 gün əvvəlcədən istifadə sahəsinə gətirilərək anbara yığılmalı və hava şəraitinə uyğun saxlanılmalıdır. Çox soyuq havalarda istifadə edilərsə, qızdırıcının köməyi ilə mühitin və səthin temperaturu artırılmalıdır. İstifadə olunarkən qablaşdırılmış məhsulun temperaturu +200C - +250C olmalıdır. Epoksid və poliüretan əsaslı səth sərtləşdiriciləri mütəxəssislər tərəfindən istifadə olunmalıdır. Qatran əsaslı sərtləşdiricilərin işləmə və reaksiya müddəti şəraitdən, səthin temperaturundan və havadakı nəmlikdən asılı olduğundan aşağı temperaturlarda kimyəvi reaksiya ləngiyir. Bu da səthin sərtləşməsini və məhsulun istifadə müddətini uzadır. Eyni zamanda qatılıq çoxaldığı üçün sərfiyyat da artır. Yüksək temperaturda isə kimyəvi reaksiya artır və yuxarıda göstərilən şərtlər azalır.

Məhsulun nəmliyinin tamamilə aradan qalxması üçün havanın və səthin temperaturu icazə verilən minimum həddən aşağı düşməməlidir. Məhsul istifadə olunan zaman səth 24 saat ərzində su ilə təmasdan qorunmalıdır. Əgər 24 saatdan tez səthə su düşərsə bu zaman səthdə karbonatlaşma və yumşalma yaranacaq ki, bu da istifadə olunmuş məhsulun öz xüsusiyyətlərini itirməsinə səbəb olacaqdır. Belə hal baş verərsə, məhsul səthdən təmizlənməli və yenisi ilə əvəz olunmalıdır.

Staltop EX-50 məhsulu istifadəyə tam hazır şəkildə istehsal olunduğundan istifadə zamanı qarışığın içərisinə həlledici və s. qatılmamalıdır. Məhsul 300-400 dövr/dəqiqəlik mexaniki qarışdırıcı ilə qarışdırılmalıdır. Məhsulun əl ilə qarışdırılması yolverilməzdir. İlk qarışdırma mərhələsi qurtardıqdan sonra qarışıq mütləq digər təmiz bir qaba boşaldılmalı və yenidən qarışdırılmalıdır. Məhsul istifadə olunduqdan sonra alətlər həlledici ilə təmizlənməlidir. Staltop EX-50 sərtləşdikdən sonra səthdən yalnız mexaniki üsulla təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

şəffaf və çeşidli rənglərdə

Saxlanma temperaturu

-200 C - +800 C

Sıxlığı

1,10 kq/litr

Müqaviməti:

  • sıxılmada
  • əyilmədə
  • qopmada

 

>60 N/mm2

>25 N/mm2

>2 N/mm2

İstifadə müddəti

60 dəqiqə

Üzərində hərəkət etmə müddəti:

  • +100 C temperaturda
  • +200 C temperaturda
  • +300 C temperaturda

 

7 gündən sonra

3 gündən sonra

2 gündən sonra

Tam bərkimə müddəti

7 gündən sonra

Qablaşdırma:

Staltop EX-50 rəngli

  • komponent A
  • komponent B

Staltop EX-50 şəffaf

  • komponent A
  • komponent B

 

 

6,0 kq-lıq dəmir qablarda

3,0 kq-lıq dəmir qablarda

 

5,54 kq-lıq dəmir qablarda

3,0 kq-lıq dəmir qablarda

Sərfiyyat

Staltop EX-50 məhsulunun istifadə olunduğu məkandan asılı olaraq sərfiyyat dəyişkəndir.

Saxlanma müddəti və qaydası

Açılmamış orijinal qablarda, sərin və quru şəraitdə, şaxtadan qorumaqla 12 ay saxlanıla bilər.

Qısa müddətli saxlamada məhsul ən çoxu 3 cərgə olmaq şərti ilə üst-üstə qoyula bilər. İstifadə zamanı birinci növbədə alt cərgədə olan məhsul istifadə olunmalıdır. Uzun müddətli saxlamada isə məhsullar üst-üstə yığılmamalıdır.

Xəbərdarlıqlar

  • məhsulun saxlandığı anbarlara və tətbiq olunduğu məkanlara alovla yaxınlaşmayın;
  • anbarların və tətbiq olunduğu məkanların havasını daimi dəyişdirin;
  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, dəriyə və ya gözə düşdükdə dərhal güclü su şırnağı altında sabunla yuyun;
  • udulma halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • məhsulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!