ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"BENAFTON" KLİNKERİN ÜYÜDÜLMƏSİNİ İNTENSİVLƏŞDİRƏN, BETONUN AXICILIĞINI VƏ TUTMA MÜDDƏTİNİ ARTIRAN QATQI


Məhsul haqqında

BENAFTON naften turşularının distilliyasiyasından sonra yaranan qalıq olub, suda həllolmayan, yağaoxşar, şabalıdı rəngli mayedir. Tərkibində 95%-ə qədər naften turşuları mövcuddur.

İstifadə sahələri

Bu məhsuldan:

  • üyüdülmə prosesini intensivləşdirmək və onlardan hazırlanmış quru qarışıqların hidrofobluğunu artırmaq məqsədilə klinkerin və mineral doldurucuların həm ayrı-ayrılıqda, həm də digər səthi aktiv maddələrlə kompleks şəkildə üyüdülməsində istifadə olunur.

Üstünlükləri

  • gips və sement əsaslı quru qarışıqların fiziki-mexaniki xassələrini, o cümlədən uzunömürlülüyünü artırır.

İstifadə qaydaları

Tətbiqi. Benafton qatqısını dəqiqləşdirilmiş (elektron) tərəzi ilə çəkdikdən sonra istifadə edin. Tövsiyə olunan miqdarda qatqını klinker, əhəngdaşı, gips dəyirmanının I və ya II bölümündə sistemə, ya da birbaşa klinkeri, əhəngdaşı və gipsi sistemə aparan transportyorun üzərinə damcılatmaqla istifadə edin.

Texniki göstəricilər

Rəngi

şabalıdı rəngli maye

Sıxlığı

0,98 kq / litr

Xlor

yoxdur

Qələvi

yoxdur

Qablaşdırma

10 kq-lıq bidon, 200 kq-lıq çəllək

1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar

Sərfiyyat

Üyüdülən xammalın (əhəngdaşı, gips, klinker) kütləsinin 0,2-0,6 %-i qədər istifadə olunur.

Saxlama müddəti və qaydaları

Ağzı açılmamış qablarda quru şəraitdə 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhsulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq, komponentlərin dəriyə və gözə təmas etməməsinə diqqət edin, dəriyə və gözə düşərsə dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • əgər məhsulun udulması halı baş verərsə, dərhal həkimə müraciət edin;
  • istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"TRİNOLA" 1 KLİNKERİN ÜYÜDÜLMƏSİNİ İNTENSİVLƏŞDİRƏN VƏ HİDROFOBLUQ

"TRİNOLA" 2 KLİNKERİN ÜYÜDÜLMƏSİNİ İNTENSİVLƏŞDİRƏN VƏ HİDROFOBLUQ