ƏSAS SƏHİFƏinfo@matanata.comSAYTIN XƏRİTƏSİ
ƏSAS SƏHİFƏ

MƏHSULLAR
QATQI SİSTEMLƏRİ BETON YARDIMÇI MƏHSULLARI
BETON QATQILARI
SUVAQ QATQILARI
BETON YARDIMÇI MƏHSULLARI
ÜYÜTMƏYƏ YARDIMÇI MƏHSULLAR
YERALTI İNŞAAT YARDIMÇI MƏHSULLARI

"MA OİL" 100 İSTİFADƏYƏ HAZIR QƏLİB YAĞI

Məhsul haqqında

Mineral yağ əsaslı olub, hamar səthli betonun əldə olunması məqsədilə qəliblərə çəkilən, taxta və polad qəliblərin asanlıqla sökülməsini təmin edən, eyni zamanda betonun bərkiməsi zamanı ayrılan istiliyə davamlı, əvəzolunmaz qəlib ayrıcı məhsuldur.

İstifadə sahələri

Bu məhsuldan:

  • yüksək keyfiyyətli, hamar və qüsursuz beton səthlərin alınması üçün taxta, faner və poladdan hazırlanmış müxtəlif təyinatlı qəliblərin yağlanmasında istifadə olunur.

Üstünlükləri

  • qəlibin betondan asanlıqla ayrılmasını təmin edir;
  • qəlibin ömrünü uzadır;
  • istiliyə və buxara davamlıdır;
  • beton səthindəki hava qabarcıqlarını azaldaraq daha hamar səthli betonun əldə olunmasını təmin edir.
  • qəlib yağı betona hopmur.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səth təmiz və quru olmalıdır. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir.

Tətbiqi. MA OİL 100 məhlulunu püskürtmə yolu ilə və ya vərdənə ilə qəliblərə çəkin. Qəlibayrıcıdan istifadə etməzdən əvvəl qəlibləri tamamilə beton qırıntılarından, taxta və dəmir parçalarından, qardan və buzdan təmizləyin. Daha yaxşı nəticə əldə etmək üçün MA OİL 100 məhlulunu qəlibin üzərinə incə bir təbəqə şəklində, eynicinsli vəziyyətdə çəkin. Qəlib yağını münasib şəkildə yayaraq bir yerdə toplanıb qalmasına yol verilməyin.

Püskürtmə hallarında tapança ilə qəlib səthi arasındakı məsafə 50-100 sm, püskürtmə təzyiqi isə 2-4 bar olmalıdır.

Tövsiyələr. İstifadə olunacaq səthin temperaturu +50C - +300C olmalıdır. Məhsulun istifadə olunduğu səth 24 saat günəşdən, yağışdan, küləkdən və donmadan qorunmalıdır.

Texniki göstəricilər

Maddənin quruluşu

mineral yağ tərkibli

Rəngi

yağ sarısı, parlaq rəngli

Sıxlığı

0,85 kq/litr

Turşu-qələvi əmsalı

6-7 pH

Yanma-alovlanma dərəcəsi

+950C-dən yuxarı

Qablaşdırma

1, 4, 10 litrlik bidonlarda,

200 litrlik çəllək

Sərfiyyat

Qəlibin növündən asılı olaraq sərf olunma miqdarı dəyişir. Taxta, faner və polad qəliblərdə 1 litr MA OİL 100 məhlulu vərdənə ilə çəkildiyi zaman təxminən 25 m2-lik; 2 və yaxud 4 barlıq təzyiqi olan pompa ilə püskürdüldüyü zaman isə təxminən 40 m2-lik qəlibin səthini örtür.

Saxlanma müddəti və qaydası

Qısa müddətli saxlamada məhsul ən çoxu 3 cərgə olmaq şərti ilə üst-üstə qoyula bilər. İstifadə zamanı birinci növbədə alt cərgədə olan məhsul istifadə olunmalıdır. Uzun müddətli saxlamada isə məhsullar üst-üstə yığılmamalıdır. Saxlama müddəti müvafiq saxlama şərtlərinə əsasən, istehsal tarixindən etibarən 12 aydır. Açılmış qabların qapaqları bağlanaraq saxlama müddəti ərzində istifadə edilə bilər.

Xəbərdarlıqlar

  • MA OIL 100 qəlib yağından istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
  • məhlulun allergiya və qaşınma kimi təsirlərini nəzərə alaraq komponentlərin dəriyə və gözə təmas etməsinə diqqət edin, əks halda dərhal çoxlu miqdarda su və sabunla yuyun;
  • məhlulun istifadə edildiyi yerlərə ərzaq məhsulları qoymayın;
  • uşaqların əli çatmayan yerlərdə saxlayın.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!




"MA KÜR" 100 PARAFİN ƏSASLI, NƏM SAXLAYAN BETON KÜR MƏHSULU

"MA KÜR" 200 STİROL-QATRANI ƏSASLI, NƏM SAXLAYAN BETON KÜR MƏHSULU

"MA KÜR" 300 HİDROKARBON ƏSASLI, NƏM SAXLAYAN BETON KÜR MƏHSULU

"MA OİL 200" SU İLƏ QATILA BİLƏN QƏLİB YAĞI